15:23 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AMEA prezidenti postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrdən danışıb
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
17:51 12.05.2020

Mayın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı rəhbərlik etdiyi qurumda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında açıqlama verib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik Ramiz Mehdiyev açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasında postpandemiya dövründə elmin vəzifələrinin elmi ictimaiyyətin müzakirə mövzusu olacağını qeyd edib.

Akademik diqqətə çatdırıb ki, AMEA-nın müvafiq elmi müəssisələrinin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasətə uyğun olaraq yenidən qurulmalıdır.

Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılıb ki, koronavirusla bağlı araşdırmalara, xüsusən insanların immun sisteminin möhkəmləndirilməsi üçün bu ixtisas üzrə alim və mütəxəssislərin tədqiqat aparmasına əlavə imkanlar yaradılmalıdır.

Fəlsəfə və İqtisadiyyat institutlarında pandemiya dövrünün yaratdığı sosial-psixoloji və iqtisadi problemlər dərindən öyrənilməli, postpandemiya dövrü ilə əlaqədar elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlanıb AMEA-nın Rəyasət Heyətinə təqdim olunmalıdır.

Coğrafiya, Fiziologiya, Botanika, Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya, Mikrobiologiya və Dendrologiya institutlarına tapşırılıb ki, bir ay müddətində dünyada iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi, təsir dairəsi və qabaqlayıcı tədbirlərin proqnozlaşdırılması ilə bağlı elmi fəaliyyət planı hazırlanaraq Rəyasət Heyətinə təqdim olunsun.

Qeyd edək ki, postpandemiya dövründə Azərbaycan elminin vəzifələri ilə əlaqədar Tədbirlər Planı AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM