23 Iyul 2014 05:07
356
Elm və texnika
A- A+

AMEA-nın Zoologiya İnstitutu ilə Ukrayna Milli Antraktida Mərkəzi birgə tədqiqatlar aparacaqlar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu ixtiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Namiq Mustafayev Ukraynanın paytaxtı Kiyev şəhərində elmi ezamiyyətdə olub.

İnstitutdan AzərTAc-a bildiriblər ki, ezamiyyət müddətində alim Ukrayna Milli Antraktida Mərkəzində, Ukrayna Dövlət Universitetində, Molekulyar Biologiya və Geofizika institutlarında aparılan elmi-tədqiqat işləri ilə tanış olub.
Əvvəllər Böyük Britaniyaya məxsus olan Antraktida Mərkəzi 1996-cı ildə Ukrayna dövlətinə hədiyyə edilib. Buna görə də mərkəzdə aparılan tədqiqatların nəticələri Böyük Britaniyaya göndərilir.
Azərbaycan ilə Ukrayna Milli Antraktida Mərkəzi tərəfindən birgə aparılacaq tədqiqat işlərinin 2015-2020-ci illərdə reallaşdırılması planlaşdırılır. Birgə tədqiqatlar zamanı canlı orqanizmlərdə mühitə uyğunlaşma ilə əlaqədar baş verən dəyişikliklərin öyrənilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video