19 Sentyabr 2014 09:09
371
Elm və texnika
A- A+

AMEA-nın vitse-prezidenti Polşada keçirilən beynəlxalq elmi-texniki konfransda iştirak edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev Polşada keçirilən “Neft-qaz yataqlarının axtarışı və istifadəsi – yeni texnologiyalar, yeni çağırışlar” (“Geopetrol-2014”) mövzusunda beynəlxalq elmi-texniki konfransda iştirak edir.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, sentyabrın 15-də Zakopane şəhərində başlanmış tədbir Krakov şəhərində davam etdirilir.
Krakov Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda məqsəd neft-qaz sahəsində yeni istiqamətlərdə aparılan elmi tədqiqat nəticələrini təqdim etmək və müvafiq mövzularda müzakirələr aparmaqdır.
Tədbir Avropa İttifaqına daxil olan, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrinin müvafiq təşkilat və mütəxəssisləri arasında əməkdaşlığın daha da inkişafına xidmət edir.
Konfrans çərçivəsində müxtəlif mövzularda məruzələr dinləniləcək, stendlər nümayiş etdiriləcək, sərgilər təşkil olunacaq.
Tədbir sentyabrın 21-də başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video