01:56 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AMEA-nın Naxçıvan Bölməsində “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda məruzələr dinlənilmişdir
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
02:05 03.05.2014

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 59-cu məşğələsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, məşğələ “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusuna həsr olunmuşdur. Lektoriyanı giriş sözü ilə açan AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli bildirmişdir ki, XX əsrin 90-cı illərində qədim diyarın muxtariyyətinin qorunub saxlanılması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Muxtariyyət statusunun beynəlxalq hüquqa əsaslanması Naxçıvanı həm də erməni təcavüzündən qorumuşdur.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda məruzə ilə çıxış edərək demişdir ki, qədim diyara muxtariyyət statusunun verilməsi zəruri tarixi-siyasi, coğrafi amillərdən irəli gəlmişdir. Bildirmişdir ki, 1921-ci ildə imzalanmış beynəlxalq Moskva və Qars müqavilələri qədim tarixə, mühüm geostrateji əhəmiyyətə malik Naxçıvanın ərazisinin toxunulmazlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb etmişdir.
Məruzədə XX əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyev tərəfindən bu müqavilələrin beynəlxalq səviyyədə yenidən siyasi gündəmə gətirilməsinin əhəmiyyətindən danışılmışdır. Vurğulanmışdır ki, Ulu Öndər Naxçıvanın muxtariyyət qazanmasını dövlətçilik tariximizdə böyük nailiyyət kimi qiymətləndirmişdir. Türk dünyasının böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə qədim diyarın toxunulmazlığı istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə Naxçıvanda qəbul edilən tarixi qərarlar həm də Azərbaycan dövlətçiliyinin formalaşması, onun tərəqqisi, milli iqtisadi strategiyanın müəyyənləşdirilməsi, diplomatik münasibətlərin qurulması kimi əhəmiyyətli məsələlərdə də mühüm rol oynamışdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM