23 Sentyabr 2014 06:09
432
Elm və texnika
A- A+

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda məqsədyönlü islahatlar həyata keçirilir

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elmi şuranın iclası keçirilib.

İnstitutdan AzərTAc-a bildirilib ki, institutun direktoru, AMEA-nın akademik-katibi Rasim Əliquliyev son zamanlar bu elm ocağında həyata keçirilən məqsədyönlü islahatlardan danışıb. Qeyd edilib ki, ölkəmizdə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsi, o cümlədən biliklər cəmiyyətinin bərqərar olması elmi-nəzəri fəaliyyətin gücləndirilməsini daha da zəruri edib. Bununla bağlı dərin elmi araşdırmaların aparılması və əldə olunan nəticələrin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında çap edilməsi hər bir şöbənin qarşısına mühüm vəzifə kimi qoyulub.
Ölkənin müxtəlif fondları vasitəsilə ayrılan çoxsaylı qrantlardan söz açan R.Əliquliyev institut əməkdaşlarının innovativ layihələrdə iştirakının mühüm elmi nəticələr əldə olunmasında böyük rol oynayacağını bildirib. Yarım illik hesabatların nəticələrini diqqətə çatdıran direktor beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirləri təqdirəlayiq hal kimi qiymətləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video