08 Iyul 2014 06:07
378
Elm və texnika
A- A+

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçiləri Malayziyada ixtisasartırma kurslarında iştirak etmişlər

Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçiləri, dosentlər Anar Rəhimov və Samir Rüstəmov Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTƏP) çərçivəsində ixtisasartırma kurslarında iştirak etmişlər.

İdarəetmə Sistemləri İnstitutundan AzərTAc-a bildirmişlər ki, Malayziya hökumətinin və “SIRIM Berhard” dövlət şirkətinin təşkil etdiyi kurslara dünyanın 32 ölkəsindən 45 iştirakçı qatılmışdır.
Azərbaycan alimləri kursları müvəffəqiyyətlə başa çatdırmış, sertifikatla təltif olunmuşlar.
Bundan əlavə, A.Rəhimov və S.Rüstəmov tədbir çərçivəsində təqdimatla çıxış etmişlər. Təqdimatda Azərbaycanın tanıdılması və təbliği məqsədilə ölkəmizin nailiyyətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda əldə olunan nəticələrlə bağlı iştirakçılara geniş məlumat vermişlər.
Təqdimat tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Sonra “SIRIM Berhard” şirkəti ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında gələcək əməkdaşlıq barədə müxtəlif səlahiyyətli şəxslərlə fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video