05 May 2014 04:05
421
Elm və texnika
A- A+

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası yeni layihənin icrasına Gəncə regionundan başlamışdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası regionlarda təhsil alan tələbə və magistrlər arasında elmin təbliği və təşviqi layihəsinin icrasına Gəncə regionundan başlamışdır.

AzərTAc xəbər verir ki, bölgəyə səfər edən şuranın bir qrup üzvü AMEA-nın Gəncə Bölməsinin nümayəndələri ilə birlikdə ən qədim maddi-mədəniyyət nümunəsi olan Tovuz rayonu ərazisindəki Göytəpə arxeoloji kompleksində olmuşdur.
Sonra Gəncə şəhərində bir sıra tədbirlər keçirilmişdir.
Şuranın üzvləri Ulu Öndərin abidəsini ziyarət etmiş, Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında gənclərlə keçirilən görüşdə AMEA-nın gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov çıxış edərək layihənin məqsəd və vəzifələrindən danışmışdır. Qeyd etmişdir ki, əsas məqsəd Azərbaycanda elmlə təhsilin vəhdətini gücləndirmək, müasir elmi təfəkkürlü gənc mütəxəssislər yetişdirmək, elmin sərhədlərini mərkəzdən regionlara doğru genişləndirməkdir. Buna uyğun olaraq yeni layihəyə əsasən regionlarda təhsil alan tələbə və magistrləri AMEA-da aparılan elmi-tədqiqat işləri ilə tanış etmək, onların gələcək elmi və peşəkar fəaliyyətlərinin akademiya ilə bağlı olmasını stimullaşdırmaqdır.
Görüşdə iştirakçıların sualları cavablandırılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video