21 Oktyabr 2014 08:10
363
Elm və texnika
A- A+

AMEA-nın Əlyazmalar İnstitutunda ərəbdilli əlyazmaların tədqiqi ilə bağlı mühüm işlər görülür

Bakı Avrasiya Universitetinin dəvəti ilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Kral Abdullah adına Beynəlxalq Ərəb Dilinə Xidmət Mərkəzinin müşaviri, doktor İbrahim əbə Nəmi və Şahzadə Naif adına Araşdırma və Məsləhət Xidməti İnstitutunun direktor müavini, doktor Xalid əl-Xəran AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Əlyazmalar İnstitutundan AzərTAc-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov institutun tarixi, əsas fəaliyyət istiqaməti, ərəbdilli əlyazmaların tədqiqi sahəsində görülən işlər barədə məlumat verib. O, institutda ərəbdilli əlyazmaların tədqiqi ilə bağlı üç istiqamətdə - əlyazmaların toplanması və mühafizəsi, kataloqlaşdırılması, tədqiqi və nəşri yönümdə böyük işlər görüldüyünü diqqətə çatdırıb. Direktor müavini institutun əməkdaşlığa, qabaqcıl təcrübəni öyrənmək və əldə etdiyi nailiyyətləri bölüşməyə hazır olduğunu qeyd edib.
Doktor İbrahim əbə Nəmi Bakıda belə bir institutun olduğundan məmnun olduğunu söyləyib.
Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Kamandar Şərifov institutda ərəbdilli əlyazmaların üçcildlik kataloqunun hazırlandığını qeyd edib. Şöbə müdiri ərəbdilli əsərlərin – dinşünaslıq, dilçilik, ədəbiyyatşünaslıq və başqa elm sahələrinə aid əlyazmaların müqayisəli tədqiqata cəlb edildiyini qonaqların nəzərinə çatdırıb.
Doktor Xalid əl-Xəran bir institutda eyni dildə 12 min əlyazmanın saxlanmasının sevindirici olduğunu və bunun əməkdaşlıq üçün əsas verdiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video