14 May 2020 18:24
990
Elm və texnika
A- A+

AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri ilə onlayn görüş keçirilib

 
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin müdirləri ilə onlayn görüş keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüş COVID-19 pandemiyası dövründə tədrisin davamlılığının təmini, I kurs magistrantların yay imtahan sessiyasının təşkili, II kurs magistrantların dissertasiyalarının müdafiəsinin vaxtında keçirilməsi məsələlərini, həmçinin doktorantura və dissertanturaya 2020-ci ilin qəbul nəticələrini müzakirə etmək məqsədilə təşkil olunub.

Görüşdə Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin "AMEA-nın magistrantları üçün distant (məsafədən) təhsilin təşkil edilməsi haqqında” sərəncamını xatırladıb. O, sözügedən sənədə əsasən akademiyanın tədris prosesində yeni yanaşmanın tətbiqinə başlanıldığını bildirib və xüsusi karantin rejimində təhsil prosesinin davamlılığının təmin olunmasının vacibliyini vurğulayıb. F.Kazımov distant təhsilin ilk təcrübə olmasına baxmayaraq yüksək səviyyədə təşkil edildiyini söyləyib. O, həmçinin AMEA-nın 2020/2021-ci tədris ilinin qəbul planından söz açıb, yeni tədris ilinə hazırlıq işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb.

Elm və təhsil idarəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov magistrantların aralıq qiymətləndirilməsinin mayın 31-dək başa çatdırılmasının önəminə toxunub. O, distant təhsil sahəsində əldə edilən təcrübəni yüksək qiymətləndirərək onlayn rejimdə keçirilən sərbəst işlərin və kollokviumların, o cümlədən seminar qiymətlərinin imtahanqabağı bal cədvəlində nəzərə alınmasının zəruriliyini qeyd edib.

Doktorantura və dissertantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov yay imtahan sessiyasında doktorluq imtahanlarının keçirilməsi, eyni zamanda, 2020-ci il üzrə doktoranturaya qəbul nəticələri və növbəti qəbul prosesinə hazırlıqla bağlı məlumat verib.

Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının təşkilli ilə bağlı çıxış edib. O, ölkə rəhbərliyinin pandemiya ilə əlaqədar qəbul etdiyi preventiv tədbirləri, xüsusilə sosial məsafəni gözləməklə, istisna halları nəzərə almaqla həm imtahan sessiyasının, həm də magistrlik dissertasiya işlərinin müdafiəsinin ənənəvi yolla aparılacağını qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video