05 Oktyabr 2014 04:10
511
Elm və texnika
A- A+

AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi yeni innovativ biznes-layihə hazırlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiyalar Mərkəzi (EİM) AMEA-nın Dendrologiya İnstitutunda bitki mühafizəsi laboratoriyasının rəhbəri Tofiq Sadiqovun rəhbərliyi ilə aparılmış elmi-texniki tədqiqat əsasında “Azərbaycanda xına (Lawsonia İnermis L.) və basma (Indigofera Tinctoria L.) bitkisinin becərilməsi və yeni istehsal texnologiyasının tətbiqi” mövzusunda innovativ biznes-layihə hazırlayıb.

EİM-dən AzərTAc-a bildiriblər ki, xına yeni texniki bitkilərdən ən qiymətlisi sayılır. Xına hələ qədim zamanlardan follikulit, ekzema, diatez, sarılıq, mədə pozğunluğu, qızılça, göz, dalaq, ciyər, revmatizm, cüzam, baş və diş ağrıları, zob və başqa xəstəliklərin müalicəsində istifadə olunub, ən gözəl və təbii boyalardan biridir. Xına bitkisinin yarpaqlarından üyüdülmüş tozu xüsusilə qiymətlidir. Bu toz əsas saç rəngləyicilərinin içərisində ən geniş istifadə olunanıdır. Xına saça nəinki daha gözəl qızılı-şabalıdı rəng verir, həm də ona faydalı bioloji təsir göstərməklə dibini bərkidir, saçın tökülməsinin və başda kəpək əmələ gəlməsinin qarşısını alır. Məlumdur ki, xınanın tərkibində tanin və xeyli miqdarda K vitamini vardır.
Xına bitkisi ilə yanaşı, basma bitkisinin də əkilib becərilməsi böyük əhəmiyyətə malikdir. Basma saçların, pambıq liflərinin boyanmasında, xalçaçılıq sənayesində və təsviri incəsənət üçün ən davamlı rəngdir. Тozunun xına tozu ilə müxtəlif nisbətlərdə qarışığından tünd qaradan açıq sarıya qə­dər müxtəlif rəng çalarlığı yaratmaq mümkündür. Yarpaqları, həmçinin dərman əhəmiyyətlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video