22 Noyabr 2018 17:27
844
DÜNYA
A- A+

Almaniyada iş yerində musiqi dinləmək olarmı?


Daimi və ya müvəqqəti yaşamaq üçün Avropaya köçmüş həmvətənlərin yeni ölkənin cəmiyyətinə tam inteqrasiya etmələrinə vaxt lazımdır. Məsələn, Almaniyaya gəlməmişdən əvvəl bu ölkənin ofislərində musiqi dinləmək qaydalarını immiqrantların və repatriantların heç də hamısı bilmir. Belə ki, musiqi zövqü fərqlənən rəis iş yerində radionu qadağan edə bilməz.
AZƏRTAC xəbər verir ki, Əmək Mübahisələri üzrə Almaniya Federal Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərarda belə deyilir. Bununla belə, narazılığını bildirən həmkarların və müştərilərin sayı çoxdursa, prinsip etibarilə musiqini kəsmək olar. Belə olan halda musiqi dinləyən əməkdaş qulaqlıq taxmalıdır.
Buna baxmayaraq, musiqiyə qadağa qoymaq mümkündür. Məsələn, musiqi diqqəti cəmləməyə mane olduqda və ya istehsalat səhvlərinə gətirib çıxardıqda istehsalat şurasının razılığı ilə onu dayandırmaq olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video