23 Dekabr 2011 02:12
424
DÜNYA
A- A+

Almaniya məktəblərində islam dərsləri keçiriləcək

 

Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin parlamenti ölkədə birinci olaraq bütün yerli məktəblərdə islamın əsasları barədə fənn tətbiq etmişdir. Regionda təxminən 320 min müsəlman şagird təhsil alır. Bu barədə lenta.ru saytı xəbər verir. Məlumata görə, islam dininə həsr olunmuş dərs yeni tədris ilində cədvələ salınacaq.

Müvafiq qərar hakim Sosial-Demokrat Partiyası və "Yaşıllar" partiyası koalisiyasının səsləri əsasında qəbul edilmişdir. Müxalifətçi Xristian-Demokrat İttifaqı da islamın əsasları fənninin tətbiqinin lehinə səs vermişdir. "Solçular" bunun əleyhinə çıxmış, Azad Demokrat Partiyası isə bitərəf qalmışdır.

Yerli hökumətin məktəblərin işi üzrə naziri Silviya Lyormannın dediyinə görə, bu fənnin tətbiqi mühacirlərə özlərini Almaniyada evdəki kimi hiss etməyə kömək edəcək. Qeyd edək ki, islamın əsasları fənninin tədrisi 2019-cu ilin iyulunadək davam edəcək. Yaxın vaxtlarda müsəlman birliklərinin və yerli hökumətin nümayəndələrindən ibarət ekspert şurası dərslərin proqramını hazırlayacaq. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video