10:19 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Almanın əsas vitaminləri onun qabığındadır
ANA SƏHİFƏ / SƏHIYYƏ
11:20 25.09.2018

Həm yay, həm də payız və qış aylarında yetişən alma növləri var. Digər şirəli meyvələrdən fərqli olaraq almanı bütün ilboyu saxlayıb istifadə etmək mümkündür.

AZƏRTAC xəbər verir ki, almanın ölkəmizdə olan 300-ə qədər növündən 60-ı sənaye üçün əhəmiyyətlidir.

Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra konservləşdirilmiş məhsullar–kompot, mürəbbə, povidlo, şirə və cem hazırlanır. Onun tərkibi şəkər, üzvi turşular, pektin və aşı maddələri, vitaminlər və s. zəngindir. Meyvənin tərkibində olan şəkərin əsas hissəsini təşkil edən qlükoza və fruktoza ürək-damar sistemi üçün çox faydalıdır.

Almanın qabıqlı halda yeyilməsi daha məsləhətdir. Belə ki, onun tərkibində olan əsas vitamin və minerallar qabığında toplanır. Bu meyvə tərkibindəki antioksidant sayəsində ağciyərlərin funksiyasını tənzimləyir, diabet riskini azaldır, beyni gücləndirir, qanı təmizləyir, ürəyi və dişləri qoruyur, bədəni enerji ilə təmin edir. Hər gün bir alma yemək infarkt riskini 24 faiz azaldır. Alma sakitləşdirici, yuxugətirici effektə malikdir. Onu ürək və baş ağrıları zamanı yeyildikdə ağrıkəsici təsir göstərə bilər.

Meyvənin qurusu da sağlamlıq üçün çox faydalıdır. Quru alma nəfəs darlığı və ürək xəstəliklərindən qoruyur və bədəndə zərərli maddələrin xaric olunmasına kömək edir. Lifli olduğuna görə bağırsaqları təmizləyir, qaraciyər, revmatizm və şəkərli diabet zamanı da istifadə edilir. Alma qurusunun dəmləməsi ürək və həzm sistemi xəstəlikləri zamanı faydalı təsir göstərir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM