11:30 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Alman-Azərbaycan Mədəniyyət Birliyi Kapelhausda yeni mövsümün açılışına həsr olunmuş silsilə konsertlər keçirəcəkdir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
06:10 22.10.2011

 

Alman-Azərbaycan Mədəniyyət Mərkəzi Kapelhausda 2011-2012-ci il mövsümünün açılışına həsr olunmuş silsilə konsertlər keçirəcəkdir.

Mərkəzdən AzərTAc-a bildirmişlər ki, oktyabrın 24-də kamera musiqisi axşamı keçiriləcəkdir. Konsertdə skripkada Tofa Babayeva, Ləman Verdiyeva, altda Cəmilə Maqometova, violonçeldə Səbina İbrahimova ifa edəcəklər.

Oktyabrın 26-da keçiriləcək ariya və mahnı axşamında tamaşaçılar Yuliya Heydərovanın, Günay Qasımovanın, İlham Nəzərovun ifalarında maraqlı musiqi nömrələrini dinləyəcəklər.

Ayın 27-dəki caz konsertində isə musiqisevərlər Sirus Məmmədovun, Rövşən Quliyevin, Andrey Sabayevin, Kamal Taptıqovun, Əli Hacıyevin, Məmmədxan Ucalın, Anar Məmmədovun, Vəli Budaqovun, Nərgiz Ağayevanın ifalarında rəngarəng kompozisiyalardan zövq alacaqlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM