13:37 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Alimlər qocalma prosesinin başlıca mexanizmlərini müəyyənləşdiriblər
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
14:11 20.07.2020
 
Eyni genetik materiala malik hüceyrələrin eyni mühitdə qocalması iki müxtəlif yolla baş verə bilər. Müvafiq tədqiqatın nəticələri "Phys.org” portalında qeyd olunub.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, Kaliforniya Universitetinin (San-Diyeqo, ABŞ) molekulyar bioloqları və biomühəndislər çörək mayasında (Saccharomyces cerevisiae) hüceyrə proseslərini tədqiq ediblər. Alimlər mikrohidrodinamikanın və kompüter modelləşdirilməsinin köməyilə müəyyən ediblər ki, təqribən hüceyrələrin yarısı nüvədə (nüvə DNT-də, burada zülalların sintezi üçün əsas komponentlərin formalaşması baş verir) sabitliyin tədricən azalması nəticəsində qocalır. Hüceyrələrin digər yarısında isə mitoxondrilərdə disfunksiya baş verir.

Məlum olub ki, qocalmanın iki yolundan biri erkən yaşda müəyyən olunur və hüceyrələr ömür boyunca bu yolla gedirlər. Lakin tədqiqatçılar kompüter modelləşdirməsinin köməyilə əsas molekulyar sxemi dəyişdirə biliblər. Onlar hüceyrə DNT-ni modifikasiya edərək uzun ömürlü qocalma yolu yaradıblar.

Mütəxəssislər bu cür tədqiqatları digər hüceyrələrdə və orqanizmlərdə, o cümlədən insan toxumasında davam etdirmək fikrindədirlər.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM