22:35 15 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
14:25 15.04.2021 Onlar bizə əmanət!
 

Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Alimlər: qlobal istiləşmə okeanlarda ciddi problemlər yaradıb
ANA SƏHİFƏ / DÜNYA
21:49 01.11.2018

Qlobal istiləşmə ilə bağlı alimlərin apardığı yeni tədqiqat göstərib ki, son 25 ildə okeanlarda suyun hərarətinin artması daha intensiv hal alıb. Dənizlərin tərkindən çıxarılan xam neftin həcmi isə ümumi karbohidrogen ehtiyatlarının 60 faizinə çatıb. Bu amillər planetimizdə yeni fəlakətlərə yol açacaq qlobal istiləşmə prosesini sürətləndirir, həmçinin böyük su hövzələrində biomüxtəlifliyə ciddi təhlükə törədir.

AZƏRTAC "Nature” jurnalına istinadla xəbər verir ki, Hökumətlərarası İqlim Dəyişiklikləri Panelində (IPCC) təqdim olunan hesabata görə, dünya okeanları istixana qazlarının təsirinə normadan 90 faiz artıq məruz qalıb. Nəticədə, Yer kürəsinin atmosferi karbon dioksid qazına qarşı daha həssas hala gəlib.

Tədqiqat müəlliflərinin qənaətinə görə, vəziyyətdən çıxış yolu hökumətlərin imzaladığı Paris sazişinin şərtlərinə əməl edilməsidir. Qeyd olunur ki, IPCC-nin başlıca hədəfi - havanın temperaturunun sənayeləşmə dövründən əvvəlki səviyyəyədək 1,5 dərəcə selsi düşürülməsi üçün təxirəsalınmaz tədbirlər görülməlidir.

ABŞ-ın Nyu-Cersi şəhərindəki Prinston Universitetinin professoru Laura Resplandinin sözlərinə görə, karbon dioksid qazının atmosferə buraxılmasını kəskin şəkildə aşağı salmaq istiqamətində həyata keçiriləcək bu tədbirlər nəticəsində insanların müxtəlif sahələrdə - sənayedə, kənd təsərrüfatı və inşaat sektorunda fəaliyyət səviyyəsi 25 faiz azalmalıdır. Lakin bu azalma real görünmür. "Daha isti okeanlar oksigeni daha az saxlayır və bu, su hövzələrində ekoloji tarazlığı pozur. Digər tərəfdən, okeanlarda istiləşmə dənizlərdə suyun səviyyəsinin qalxmasına da səbəb olur”, -deyə amerikalı alim əlavə edib.

Tədqiqat müəllifləri və iqlim dəyişiklikləri üzrə ekspertlər texnologiyanın inkişafı, yeni və ekoloji cəhətdən təmiz enerji mənbələrinin istifadəyə verilməsini vəziyyətdən yeganə çıxış yolu hesab edirlər.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM