05 Mart 2019 21:20
2348
Səhiyyə
A- A+

Alimlər piylənmənin faydasını öyrəniblər


Orqanizmdə piyin miqdarının çox olması insultdan sonra sağ qalmaq şansını yüksəldir. AZƏRTAC Amerika Nevrologiya Akademiyasına istinadla xəbər verir ki, Los-Anceles şəhərindəki Kaliforniya Universitetinin alimləri bu qənaətə gəliblər.

Həkimlər piylənmə paradoksu ilə ilk dəfə qarşılaşmırlar. Bu o deməkdir ki, artıq çəkinin orqanizmin sağlamlığına təkcə təhlükə (ürək-damar xəstəlikləri, diabet, xərçəngin inkişafı riskinin artması və s.) yaratdığını düşünmək düzgün deyil. Axı, artıq çəki bəzən orqanizmi qoruyur.

Tədqiqatın müəllifi Tszolu Lyu deyib: "Məlumdur ki, artıq çəki böyrək və ürək xəstəliklərindən əziyyət çəkən insanların sağ qalmasına kömək edir. Buna görə də biz belə bir məsələni aydınlaşdırmaq istədik: artıq çəki insultda sağ qalmaq imkanlarını da artırırmı?”.

Bir qrup alim kəskin işemik insult keçirmiş 1033 xəstənin (orta yaş 71) vəziyyətini üç ay ərzində müşahidə edib. İştirakçıların bədən kütləsi indeksindən (BKİ) asılı olaraq onları beş qrupa bölüblər.

Tədqiqat göstərib ki, piylənmənin ağır formasından əziyyət çəkən insanlar çəkisi normal olanlara nisbətən insultun nəticələrindən 62 faiz az ölürlər. Sadəcə, artıq çəki onların sağ qalmaq şansını 46 faiz artırır. Çəkisi bir qədər artıq olanların isə sağ qalmaq şansı 15 faiz artır. Bu nəticələr alimlər yüksək qan təzyiqi, yüksək xolesterin səviyyəsi, yaxud siqaret çəkmək kimi göstəriciləri nəzərə alandan sonra hesablanıb.

Alimlərin fikrincə, çəkisi artıq olan insanların insult zamanı sağ qalmasına onların bəsləyici maddələr ehtiyatı kömək edir. Doğrudur, BTİ ilə insultdan sonra ölüm halları arasında əlaqə barədə daha dəqiq nəticələr almaq üçün əlavə tədqiqatlar aparılmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video