09:26 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Alimlər: Bioloji yaşlanma doqquz əlamətlə müşayiət olunur
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:41 29.10.2018

"Bioloji yaşlanma dövründə orqanizmdə yaxşıya doğru heç bir proses baş vermir”. AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu fikri İspaniyadakı Milli Onkoloji Araşdırmalar Mərkəzinin həkimi, yaşlanma əlamətləri üzrə tədqiqatlara dair hesabatların müəlliflərindən biri olan Manuel Serrano ifadə edib.
Bu tədqiqatların nəticəsində məməli canlılar, o cümlədən insan orqanizmində yaşlanma prosesinin aşağıdakı doqquz əlaməti müəyyən olunub:
Birincisi, dezoksiribonuklein turşusu (DNT) - yəni hüceyrələr arasında əlaqə yaradan genetik kodumuz pozulmağa başlayır və xüsusi fəaliyyət üçün yaranan kök hüceyrələri də təsiri altına alır. Bu proses onkoloji xəstəliklərin meydana gəlməsinə səbəb olur.
İkinci əlamət xromosomların qapağı sayılan telomerlərin köhnəlməsi və onların zərər görməsidir. Bunun nəticəsində ağciyər fibrozu və aplastik anemiya təhlükəsi meydana gəlir. Hazırda alimlər bu prosesi ləngitmək üçün telomeraz adlı maddə üzərində iş aparırlar.
Üçüncü əlamət hüceyrələrin davranışlarının pozulması il bağlıdır. Bu prosesdə konkret olaraq bir hüceyrədəki minlərlə gen onun istiqamətini müəyyən edir. Məsələn, hüceyrənin dəri, yoxsa beyin hücrəsi olduğu təyin edilir. Lakin onların davranışının pozulması skleroz kimi xəstəliklərin ortaya çıxması ilə nəticələnir.
Dördüncü və beşinci əlamətlər hüceyrələrin özünüyeniləmə qabiliyyətinin azalması və metabolizm üzərində nəzarəti itirmələri ilə müşayiət olunur. Yaşlanma prosesində "ölən” hüceyrələrin yenilənməsi prosesi xeyli ləngiyir və onlarda toksik zülallar yığılmağa başlayır. Bu zəhərli maddələrin əksəriyyəti Altzheymer və Parkinson xəstəliklərinə səbəb olur. Digər tərəfdən, hüceyrələr yağ və şəkər kimi qidaları yetərincə mənimsəyə bilmədiyi üçün metabolizm qabiliyyəti azalır və şəkərli diabetin yaranması ehtimalı güclənir.
Daha bir – altıncı əlamət hüceyrələri enerji ilə təmin edən mitokondrilərin təsirinin azalması və bunun nəticəsində DNT-nin zərər görməsidir. "Nature” jurnalında dərc olunmuş bəzi tədqiqatların nəticələri göstərib ki, mitokondrilərin fəaliyyətinin bərpa edilməsi canlıların ömrünü uzadır.
Yeddinci əlamət hüceyrələrin "zombi”yə çevrilməsi – yəni onların digər qüsurlu hüceyrələrin meydana gəlməsinin qarşısını ala bilməməsi və qeyri-təbii hərəkətidir. Qüsurlu hüceyrələr parçalanmaya davam edir, lakin ölmür. "Senescent” deyilən bu hüceyrələr məhz yaşlanma əlamətidir. Hazırda genetika mühəndisləri onların aradan qaldırılması istiqamətində tədqiqatlar aparırlar.
Nəhayət, səkkizinci və son əlamətlər kök hüceyrələrin enerjisinin tükənməsi və onlar arasında əlaqənin yox olması ilə əlaqəlidir. Enerjinin azalması hüceyrələrin yenilənmə, koordinasiya imkanlarının da tədricən tükənməsinə səbəb olur. Serranonun sözlərinə görə, orqanizmin yaşlanması labüd olsa da, sağlam həyat tərzi bu prosesi ləngidə bilər.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM