10:23 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Aləmdə səsimiz var
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:01 29.01.2012

 

Bizim yerlər uzun illər boyu kartofu və maldarlıq məhsulları ilə tanınırdı. Yenə kartof da boldur, maldarlıq məhsulları da. Amma bizi indi ən çox uzaq-uzaq ellərdə məşhurlaşdıran qızıl-gümüş mədənləridir.

Bir zamanlar bu əvəzsiz sərvəti yadelli sahibkarlar talayıb aparırdılar. Müstəqillik əldə olunandan sonra xalqın sərvəti xalqın ixtiyarına verildi. Ulu öndər Heydər Əliyev qızıl yataqlarının kəşfiyyatı və işlədilməsi barədə sərəncam imzaladı. Bu dəyərli işi başa çatdırmaq Prezident İlham Əliyevə nəsib oldu.

Dövlət başçısının bu yerlərə tarixi səfəri zamanı Gədəbəy qızıl-gümüş mədəni işə salındı. Dağlar diyarının əvəzsiz sərvəti İsveçrənin məşhur şirkətlərindən birində saflaşdırılaraq "Ayrum" brendi adı ilə dünya bazarlarına çıxarılır. Bir yazıda oxumuşam ki, bizim dağların qoynunda 23 ton qızıl, 192 ton gümüş və 37 min ton mis ehtiyatı var.

Bu bizim sərvətimiz, qüdrətimizdir. İndi Gədəbəyin "Ayrum" brendini bütün dünya tanıyır. Necə deyərlər, aləmdə səsimiz var.

 

Səlim QURBANOV,

Gədəbəy rayonu Slavyanka kəndi, iş adamı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM