06:05 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:16 29.09.2021

Qalib sərkərdə


01:15 29.09.2021

Haqqın Zəfər yürüşü


01:09 29.09.2021

29 sentyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Aktiv və enerjili

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:27 25.07.2021

 

Təbii enerji mənbəyi olan qəhvənin tərkibində kofeindən əlavə 400-dən çox kimyəvi birləşmə və antioksidant mövcuddur. Və elə zəngin tərkibi sayəsində də orqanizmə zərər verən sərbəst radikallarla savaşır, hüceyrələri yeniləyir.

Yüksək qida dəyəri olan bu içkinin tərkibində qiymətli mikroelementlər də var. Bir fincan qəhvənin tərkibində olan riboflavin (B12 vitamini) ilə 11, pantotenik turşu ilə (B5 vitamini) 6, manqan və kalium mineralları ilə 3, niasinlə (vitamin) gündəlik ehtiyacın 11 faizini ödəmək olar.

Mütəxəssislər bildirirlər ki, lazımi miqdarda qəhvə istehlakı insan sağlamlığına inanılmaz fayda verir. Kiçik miqdarda kofein mərkəzi sinir sisteminə oyadıcı və tonusqaldırıcı təsir göstərir, insanın iş qabiliyyətini artırır.

Qəhvə insanda öd daşı əmələ gəlmə riskini, astma tutmalarını, xolesterolu azaldır. Bu içki ağrıkəsicilərin təsirini yüzdə 40 faiz artırır. Daimi qəhvə içənlər serroz kimi qaraciyər xəstəliklərindən daha az əziyyət çəkirlər. Qəhvənin yüksək təzyiq üzərində yaxşılaşdırıcı təsiri olduğu elmi araşdırmalarla sübut edilib.

Enerji istehlakını artırdığı üçün daha çox kalori yandırmağa kömək edən qəhvə tərkibindəki kofein sayəsində adrenalin hormonunun istehsalında əhəmiyyətli artıma səbəb olur. Bu hormon qorxu və həyəcan vəziyyətlərində artan və insan bədənini sıx fiziki gərginliyə hazırlayan bir hormondur. Qəhvə istehlakından sonra fiziki performansda əhəmiyyətli bir artım müşahidə olunur. Eyni şəkildə yağ yandırmağı sürətləndirdiyindən bədənin məşq üçün lazım olan enerji səviyyəsini artırmağa kömək edir. İdman və ya fitness ilə maraqlanan sağlam şəxslərin salona getməzdən təxminən yarım saat əvvəl qara qəhvə istehlak etməsi faydalıdır.

 

Ürək-damar xəstəlikləri riskini azaldır

 

Türkiyəli həkim-diyetoloq Serap Akyol vurğulayır ki, qəhvə bədəndə ödəm (orqanizmin müəyyən hissəsində su yığılma nəticəsində yaranan şişkinlik) yaratmır. Araşdırmalar göstərir ki, lazımi miqdarda istehlak edilən qəhvə ürək-damar xəstəlikləri riskini azaldır. Konsentrasiya və idrak funksiyalarını yaxşılaşdırır. Bəzi elmi nəşrlərdə Alzheimer xəstəliyinə tutulma riskində azalma ola biləcəyi ilə bağlı fikirlər mövcuddur: “Qəhvə kalorisiz olduğu üçün pəhriz zamanı da içilə bilər. Amma süd və ya şəkər kimi qarışımlarla bərabər istehlak etsəniz, təbii ki, kalorili hala gələcək və kilo almağınıza səbəb olacaq”.

“Qəhvə mədədə 15 dəqiqə ərzində təsirini göstərməyə başlayır”, - deyən S.Akyol bildirir ki, qana qarışan kofein beyinə çatır və noradrenalin və dopamin ifraz olunur. Bu sayədə daha aktiv və enerjili olmağa başlayırıq. Qəhvədəki kofeinin miqdarı onun qovrulma dərəcəsi, növü, dəmləmə üsulu, qəhvə miqdarı, hazırlanma müddəti kimi bir çox parametrlərə görə dəyişir. Bu bir gerçəklikdir ki, qəhvəni zərərli edən tərkibindəki kofeinin dozasıdır.

 

Çox içmək zərərdir!

 

Araşdırmalar göstərir ki, həddindən çox qəhvə istehlakı qan təzyiqini anidən yüksəldir, ürək aritmiyasını artırır, yuxusuzluq problemlərinə səbəb olur. Rem yuxusuna (yuxu dövrünün artmış beyin fəaliyyətini göstərən son mərhələsi) keçməni əngəlləyir və yuxu müddətini azaldır. Qəhvə istehlakının çox olması mədədə turşuluğu artırır və bu vəziyyət mədə bulanması kimi problemlərlə özünü büruzə verir.

Türkiyəli professor-doktor Onur Yaprak bildirib ki, həddindən artıq qəhvə istehlakı xüsusilə ürək və sinir sisteminə əks-təsir göstərir: ürək çırpıntısı, yüksək qan təzyiqi, əl titrəməsi, baş ağrısı, narahatlıq, əsəb, mədə ağrısı da bunların arasındadır. Həddindən artıq qəhvə istehlakının kalsium, dəmir, sink əmilimini azaltdığını və osteoporoz və anemiya riskini artırdığını ortaya qoyan araşdırmalar var.

Mütəxəssislərin fikrincə, gündəlik faydalı kofein qəbuletmə miqdarı 300 milliqramdır. Fincan hesabına vuranda bu 3-4 fincan türk qəhvəsinə, 2-3 fincan espresso, 2 fincan filtr qəhvəyə uyğun gəlir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM