07 Iyul 2014 04:07
330
Elm və texnika
A- A+

Akif Əlizadə: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq elmi konfrans muxtariyyətin əldə edilməsinin əhəmiyyətinin göstəricisidir

Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi və burada Naxçıvan Muxtar Respublikasının Alı Məclisinin Sədri Vasif Talıbovun, Azərbaycan Milli Elmlər Akademiyasından nüfuzlu nümayəndə heyətinin, Türkiyə Respublikasından, Rusiya Federasiyasından və Amerika Birləşmiş Ştatlarından elmi-tədqiqat və ali təhsil nümayəndələrinin, mütəxəssislərinin iştirakı muxtariyyətin əldə edilməsinin əhəmiyyətinin göstəricisidir.

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AzərTAc-a müsahibəsində demişdir. O bildirmişdir ki, konfransda 90 illik muxtariyyət dövründə Naxçıvanın əldə etdiyi nailiyyətlər, müxtəlif zamanlarda siyasi, iqtisadi, hərbi baxımdan ortaya çıxan və uğurla həll olunan problemlər barədə dərin elmi araşdırmalara əsaslanan çıxışlar olmuşdur.
Akif Əlizadə xüsusi vurğulamışdır ki, Naxçıvanda yüksək səviyyəli beynəlxalq elmi konfransların keçirilməsi, həm muxtar respublika rəhbərliyinin elmin inkişafına göstərdiyi diqqətin nəticəsidir, həm də qədim diyarda formalaşan ciddi elmi potensialla əlaqədardır. Ulu Öndərin Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi pоtensialdan istifadə оlunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeоlоgiyası, etnоqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması məqsədilə 2002-ci il avqustun 7-də imzaladığı sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi tarixi hadisə idi. Bu gün AMEA-nın Naxçıvan Bölməsində formalaşan elmi potensial Azərbaycan elminin inkişafına böyük töhfələr verməkdədir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” beynəlxalq konfransında AMEA-nın Naxçıvan Bölməsindən üç akademikin, on iki müxbir üzvün iştirakını yüksək qiymətləndirmiş, bunun əhəmiyyətli bir göstərici olduğunu nəzərə çarpdırmışdır. O vurğulamışdır ki, bu gün Naxçıvanda uğurlu elmi-tədqiqat işlərinin aparılması, naxçıvanlı alimlərin nüfuzlu beynəlxalq elmi konfranslarda iştirakı muxtar respublikada elm sahəsində əldə edilən tərəqqinin bariz nümunəsidir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video