29 Aprel 2014 11:04
363
Səhiyyə
A- A+

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyi Səbail rayonunun təhsil müəssisələrində geniş qeyd edilmişdir

Görkəmli oftalmoloq alim, tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyi paytaxtın Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar yubileylə bağlı idarə və təşkilatlarla yanaşı, rayonun orta təhsil müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş bir sıra tədbirlər, sərgi, inşa yazı və divar qəzetləri müsabiqələri, müxtəlif aksiyalar təşkil edilmişdir.

Yubiley tədbirləri çərçivəsində 7, 163, 189, 190, 239 nömrəli orta məktəblərdə, 49 nömrəli “İntellekt” məktəb-liseydə, 132-134 nömrəli Təhsil Kompleksində görkəmli oftalmoloq alim, tibb elmləri doktoru Zərifə xanım Əliyevaya həsr olunmuş “Azərbaycan qadını”, “Gözlərə işıq, nur bəxş edən insan” və “Ana - müqəddəslik zirvəsidir” mövzularında inşa yazı, 7, 91, 239, 162, 189, 190 nömrəli orta məktəblərdə, 132-134 nömrəli Təhsil Kompleksində, 160 nömrəli Klassik Gimnaziyada divar qəzetləri, 91, 162, 163 nömrəli orta məktəblərdə bədii qiraət müsabiqələri, 2, 7, 163, 189, 203 nömrəli orta məktəblərdə, 49 nömrəli “İntellekt” məktəb-liseydə şagirdlərin rəsm əsərləri sərgisi, 160 nömrəli Klassik Gimnaziyada ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 91-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turniri, 163 nömrəli orta məktəbdə idman yarışları keçirilmiş, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılmışdır.
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanalarında akademik Zərifə xanım Əliyevaya həsr olunmuş kitab sərgiləri, İstiqlal Muzeyində tədbir təşkil olunmuş, rayonun orta məktəblərinin şagirdləri bu sərgi və tədbirlərin fəal iştirakçıları olmuşlar. Şagirdlərin Milli Azərbaycan Tarixi və İstiqlal Muzeylərində yaradılmış yeni ekspozisiyalara ekskursiyaları təşkil olunmuşdur.
Aprelin 28-də 132-134 nömrəli Təhsil Kompleksində şagirdlərin elektron təqdimatları keçirilmiş, mövzu ilə bağlı materiallar məktəbin saytına yerləşdirilmişdir. Həmçinin 91 və 236 nömrəli orta məktəbdə akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yoluna həsr olunmuş dəyirmi masa, 132-134 nömrəli Təhsil Kompleksində “Qəlblərdə yaşayan insan” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbirlər çərçivəsində rayonun 2, 49, 50, 51, 91, 162, 190, 203, 236 nömrəli orta məktəbləri, 160 nömrəli Klassik Gimnaziya və 132-134 nömrəli Təhsil Kompleksinin yuxarı sinif şagirdləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş və onların abidələri önünə əklil və tər çiçəklər qoymuşlar.
Keçirilən tədbirlərdə Səbail Rayon İcra Hakimiyyətinin rəhbər və məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, ağsaqqallar və gənclər iştirak etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video