22 Iyul 2020 23:01
952
Elm və texnika
A- A+

Akademik Yaqub Mahmudov: Milli mətbuatımızın şanlı tarixindən qürur duyuruq


Milli mətbuatımızın şanlı tarixindən qürur duyuruq. 1875-ci il iyulun 22-də böyük ziyalımız Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşrə başlayan "Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazıb. "Əkinçi” dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları cəhalətə qarşı mübarizəyə çağırmışdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, Azərbaycan mətbuatı hazırda uğurlu inkişaf dövrünü yaşayır. Kütləvi informasiya vasitələrimiz (KİV) Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutur və yüksək peşəkarlıq nümayiş etdirirlər. Ulu öndər Heydər Əliyevin mətbuat üzərində senzuranı ləğv etməsi çağdaş milli jurnalistikamızın inkişafına böyük təkan verdi. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev mətbuatımızın inkişafının qayğısına qalır və Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini müntəzəm olaraq yüksək səviyyədə həll edir.

Akademik Yaqub Mahmudov vurğulayıb ki, jurnalistlərimiz ağır pandemiya dövrünün əsas qəhrəmanlarındandır: "Jurnalistlər həyatını təhlükə qarşısında qoyaraq koronaviruslu xəstələrlə görüşür və ictimaiyyəti maarifləndirir. Azərbaycanın media nümayəndələri cəbhə bölgəsində olur, erməni yalanlarını ifşa edir və xalqımıza doğru-düzgün informasiyaları çatdırırlar”.

"Tarix İnstitutu KİV ilə sıx əməkdaşlıq edir. Mediamız institutun gördüyü işləri müntəzəm olaraq və yüksək səviyyədə Azərbaycan və dünya ictimaiyyətlərinə çatdırır. Əgər jurnalistlərin dəstəyi olmasa, gördüyümüz işlərdən nə xalqımızın, nə də dünyanın xəbəri olmaz! Jurnalistlərimizin işi tarixçilərimizin işi qədər şərəflidir. Bu şərəfli işinizdə sizə böyük uğurlar arzu edirəm”, - deyə akademik qeyd edib.

O bildirib ki, Tarix İnstitutunun elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: "Prezident İlham Əliyev Tarix İnstitutunu "ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla elmi müəssisəyə çox yüksək qiymət verib. Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarımızın tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması institut əməkdaşlarının əsas vəzifəsidir. Tarix İnstitutu ermənilərin işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində mühüm rol oynayır. Alimlərimiz sübut etmişlər ki, ermənilər Qafqaza gəlmədirlər. Biz "ASAN Radio” ilə birgə "Azərbaycan tarixi” layihəsini həyata keçiririk. İnstitutumuzun saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Saytımızda daim yenilənən elektron kitablar bölməsi mövcuddur. Elmi müəssisəmiz sosial şəbəkələrdə fəaldır, onun "Facebook” səhifəsi və "YouTube” kanalı var”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video