19 Aprel 2021 19:52
786
Elm və texnika
A- A+

Akademik Şahin Mustafayev Qazaxıstanda beynəlxalq tədbirdə iştirak edib  

 Qazaxıstan Respublikasının Türküstan vilayətinin rəhbərliyi və Qazaxıstan Elmlər Akademiyasının A.Marqulan adına Arxeologiya İnstitutunun təşəbbüsü ilə bu şəhərin tarixi yaşının müəyyənləşdirilməsinə həsr olunan beynəlxalq elmi-praktik sessiya təşkil edilib. Rusiya, ABŞ və digər ölkə, beynəlxalq təşkilatları təmsil edən tanınmış alim və ekspertlərin qatıldığı tədbirdə Azərbaycanı akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, Xoca Əhməd Yəsəvi adına Türk-Qazax Universitetinin binasında təşkil olunan dəyirmi masada alimlər Türküstanın tarixi yaşının müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıb və yekun bəyannamə imzalayıblar. Bundan əlavə, qonaqlar şəhər ərazisində aparılan irimiqyaslı arxeoloji qazıntılar və onların nəticələri ilə tanış olublar. Akademik Şahin Mustafayev yeni açılmış müasir tipli Türküstan Milli Kitabxanasında yerli və xarici alimlər və tələbələr qarşısında “İpək Yolu və Azərbaycanın tarixi” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, tarixən Türküstan şəhəri burada dəfn olunan böyük din və təsəvvüf xadimi, müasirləri və xələfləri arasında “pir-i Türkistan” və “həzrət-i Türkistan” adlandırılan, Orta Asiyadan Anadoluya qədər regionda geniş yayılan “Divan-i Hikmət” adlı fəlsəfi-mənəvi şeirlər toplusunun müəllifi Xoca Əhməd Yəsəvinin məzarı ilə şöhrət qazanıb. XIV əsrin sonlarında Əmir Teymur tərəfindən bu şəxsin məzarı üzərində möhtəşəm məqbərə kompleksi ucaldılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video