22:31 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Akademik Rasim Əliquliyev: İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsasını təşkil edir
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
14:22 23.12.2020
 
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun mühüm elmi nəticələrindən biri olan milli informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üçün təklif olunmuş yeni nəsil təhdidlərin aşkarlanması və qiymətləndirilməsi modelləri ilə bağlı fikirlərini bölüşüb.

R.Əliquliyev qeyd edib ki, təhlükəsizlik həmişə ayrı-ayrı insanların, cəmiyyətin və bütövlükdə dövlətin ən mühüm məqsədlərindən və tələbatlarından biri olub. Cəmiyyətin mövcudluğu və inkişafının ən mühüm şərtlərindən biri təhlükəsizlikdir.

Akademikin sözlərinə görə, milli təhlükəsizliyin çoxsaylı komponentləri vardır ki, onlar da iqtisadiyyat, inkişaf səviyyəsi, ölkələrin məsələyə münasibəti, texnoloji inkişafla, düşmən ölkələrdən, texnoloji obyektlərdən və s. qaynaqlanan müxtəlif təhlükələrin dəf edilməsi ilə bağlıdır. İnternetin, kiberfiziki sistemlərin, süni intellektin inkişaf etməsi ilə əlaqədar olaraq, ölkənin təhlükəsizlik sistemi də dəyişikliyə məruz qalır. Çünki yeni təhlükələr müvafiq əks mexanizmlərin işlənməsini zəruri edir.

"Bizim elmi araşdırmamızda milli təhlükəsizliyin mahiyyətinə, məzmununa dair müxtəlif yanaşmalar tədqiq edilib. Milli təhlükəsizliyin ictimai-siyasi təhlükəsizlik, hərbi təhlükəsizlik, informasiya təhlükəsizliyi, qida təhlükəsizliyi, enerji təhlükəsizliyi, təhsil, səhiyyə və nəqliyyat sistemlərinin təhlükəsizliyi, elmi-texnoloji təhlükəsizlik, ekoloji təhlükəsizlik, KİV-in təhlükəsizliyi, mədəni-mənəvi təhlükəsizlik kimi komponentləri analiz olunub. İKT-nin inkişafı, informasiya təhlükəsizliyinin formalaşması ilə əlaqədar milli təhlükəsizlik sistemində informasiya cəmiyyətinin artan rolu və vəzifələri göstərilib. Həmçinin informasiya təhlükəsizliyi ilə milli təhlükəsizliyin digər komponentləri arasında qarşılıqlı münasibətlər analiz edilib. Hər bir milli təhlükəsizlik komponentində İKT-nin tətbiq sahələri, informasiya təhlükəsizliyi təhdidləri müəyyən edilib, onların aradan qaldırılması yolları göstərilib”, – deyə alim bildirib.

R.Əliquliyev diqqətə çatdırıb ki, informasiya cəmiyyətinin inkişafı, internetin və qlobal sistemlərin bütün ölkəni əhatə etməsi informasiyalaşdırma prosesinin yalnız internet və kompüter texnologiyalarından ibarət olmadığını göstərdi. İKT sürətlə inkişaf edərək cəmiyyətin bütün fəaliyyət sferalarına dərindən nüfuz edir. Bunun nəticəsi olaraq, informasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizlik və onun ayrı-ayrı komponentləri ilə sıx qarşılıqlı əlaqədədir. Artıq görürük ki, informasiya təhlükəsizliyi bütün bu mürəkkəb prosesin əsasını təşkil edir. Beləliklə, informasiya təhlükəsizliyi bütün növ təhlükəsizliklərin, o cümlədən milli təhlükəsizliyin əsasına çevrilir. Milli təhlükəsizlik müasir dövrün çağırışları kontekstində yeni bir baxış əldə edir.

"Bizim ortaya qoyduğumuz yanaşma ondan ibarətdir ki, İKT-nin sürətlə inkişaf edərək insan fəaliyyətinin bütün sahələrinə uğurla tətbiq edildiyi, elektron dövlətin, informasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə milli təhlükəsizliyin təmin olunması məsələsinə də yeni baxışlar, yanaşmalar, metodologiyalar tələb edilir. Artıq ənənəvi üsul və vasitələrlə milli təhlükəsizliyi təmin etmək mümkün deyil. Ənənəvi cəmiyyət informasiya cəmiyyəti ilə əvəz olunduğu kimi, onun təhlükəsizliyi məsələsi də informasiya və informasiya texnologiyaları amillərindən yüksək dərəcədə asılı vəziyyətə düşür”, - deyə akademik əlavə edib.

Alim bildirib ki, artıq milli təhlükəsizliyin bütün komponentləri informasiya təhlükəsizliyinin obyektinə çevrilir. Bütün bunlar milli təhlükəsizliklə bağlı mövcud doktrina, konsepsiya və strategiyalara, bu sahədəki hüquqi-normativ aktlara yenidən baxılmasını, onların İKT-nin, informasiya cəmiyyətinin formalaşdırdığı virtual mühitin diktə etdiyi müasir şərtlərə uyğunlaşdırılmasını tələb edir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM