16 Dekabr 2011 02:12
389
Mədəniyyət
A- A+

Akademik Ramiz Mehdiyevin «Azərbaycan: qloballaşma dövrünün tələbləri» kitabı fars dilində nəşr olunmuşdur

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, görkəmli filosof alim, akademik Ramiz Mehdiyevin "Azərbaycan: qloballaşma dövrünün tələbləri - keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri" kitabı İranda fars dilində nəfis tərtibatda nəşr olunmuşdur.

Əsəri fars dilinə Rza Cəlilniya və Rəna Fərəmərzi çevirmişlər. Altı fəsildən, biblioqrafiya və qeydlər, terminlər lüğəti və müəllif haqqında bölmədən ibarət olan kitab qloballaşma şəraitində Azərbaycan dövlətçiliyinin təşəkkül mərhələlərinə həsr edilmişdir. Əsərdə müasir Azərbaycan dövləti və cəmiyyətinin iqtisadi, siyasi və sosial problemlərinin elmi təhlili verilmişdir. Görkəmli filosof alim keçmişin dərslərini, bu günün reallıqlarını və gələcəyin perspektivlərini qloballaşan dünyanın yeni mənzərəsinin fonunda reallıqlarını nəzərdən keçirir, qərbləşmənin və modernləşmənin Azərbaycan cəmiyyətinə təsirini təhlil edir. Eyni zamanda, akademik R.Mehdiyev postsovet məkanında demokratikləşmə prosesinin, Azərbaycanda gedən sosial-iqtisadi, siyasi islahatların ümumi istiqamətini göstərməyə nail olmuşdur.

Farsdilli oxucular kitabın "SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar" adlı ilk fəslində dünya tarixindəki ən nəhəng imperiyalardan birinin süqutunun səbəbləri və bunun doğurduğu nəticələrlə tanış olacaqlar.

"Azərbaycanın modernləşdirilməsi: inkişaf yolları" sərlövhəli sonrakı fəsildə, ümumən, modernləşdirmənin nəzəri cəhətlərindən bəhs olunduqdan sonra bilavasitə Azərbaycanla bağlı məsələlər araşdırılır.

Əsərin üçüncü fəsli qloballaşma dövründə dövlət və cəmiyyət məsələlərinə həsr olunmuşdur. Müəllif yazır ki, tarixi baxımdan qloballaşma yeni hadisə deyildir. Bəşəriyyət həmişə inteqrasiya, vahid siyasi, iqtisadi və ya sosiomədəni mühitin bir hissəsi olmağa can atmışdır.

Monoqrafiyanın müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyasına həsr olunmuş dördüncü fəsli bir neçə bölmədən ibarətdir. Burada bildirilir ki, postsovet dövrü yeni müstəqil dövlətlər qarşısında milli xarici siyasətin prioritetlərinin müəyyən edilməsi sahəsində bir neçə konseptual problem qoymuşdu və nəzərdə tutulan xarici siyasət xəttinin uğurlu olması həmin problemlərin dərk edilməsi və düzgün həllindən asılı idi.

"İqtidar və müxalifət: inkişaf naminə rəqabət" sərlövhəli beşinci fəsildə vurğulanır ki, səmərəli dövlətçilik və demokratik quruluş sivilizasiyalı dövlətdə siyasi rəqabət dialoqunun iki subyektinin - iqtidar və müxalifətin olmasını ehtiva edir.

Əsərin "Demokratiya dövlətin və cəmiyyətin inkişafının prioriteti kimi" sərlövhəli sonuncu fəslində ümumi nəzəri məsələlərlə yanaşı, Azərbaycanda demokratiyanın inkişafının bir neçə modelindən, vətəndaş cəmiyyəti nəzəriyyəsindən bəhs olunur. Bu fəslin bir bölməsi yeni dövrün siyasətçisi kimi Prezident İlham Əliyevin fəaliyyətindən, onun daxili və xarici siyasətlə bağlı baxışlarından, dövlət başçısı kimi qarşısında duran əsas vəzifələrdən bəhs edir. Akademik Ramiz Mehdiyevin "Azərbaycan: qloballaşma dövrünün tələbləri" əsəri müasir dövrün təhlili ilə məşğul olan farsdilli tədqiqatçılar üçün sanballı mənbədir.

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

 

Tehran

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video