11 Noyabr 2011 01:11
451
Təhsil
A- A+

Akademik Cəlal Əliyev: Elmlə məşğul olan insanın əsas məqsədi həmişə gələcəyə baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir

 

Elmlə məşğul olan insanın əsas məqsədi həmişə gələcəyə baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir. Dünyada həyata keçirilən hər hansı bir elmi prosesi təkrar etmək elmə töhfə vermir, yeni ideyalarla çıxış etmək lazımdır.

Bu fikirləri Milli Məclisin deputatı, akademik Cəlal Əliyev AzərTAc-a müsahibəsində bildirmişdir. Akademik demişdir ki, hələ ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev keçmiş SSRİ-nin müxtəlif respublikalarına hər il yüzlərlə tələbə göndərirdi. İndi onlar xaricdə maraqlı elmi axtarışla məşğuldurlar. Elmin yeni sahələrində işləyən bu azərbaycanlılar, ilk növbədə, xalqımızın qürurudur.

SSRİ dövründə yerli ali məktəbləri bitirən istedadlı tələbələrin onun təşəbbüsü ilə seçilib müxtəlif elm mərkəzlərinə, xüsusilə Sankt-Peterburqa, Novosibirskə göndərildiyini deyən akademik Cəlal Əliyev qeyd etmişdir ki, o vaxt Novosibirskdə elmi mərkəz fəaliyyət göstərirdi. Mənim təşəbbüsümlə oraya əsasən riyaziyyatçılar göndərilirdi. Bəzən belə deyənlər də olurdu ki, bu elmi mərkəz tanınmaya-tanınmaya Cəlal Əliyev buraya niyə bu qədər riyaziyyatçı tələbə göndərir? Həmin vaxt o qədər də tanınmayan bu elmi mərkəz sonra ən yaxşılardan biri oldu. Ona görə də elmlə məşğul olan dünəni, bugünü yox, sabahı, o biri günü görməlidir. O riyaziyyatçılar indi ABŞ, Almaniya, İngiltərə, Avstraliya, Kanada, Braziliya kimi bir çox xarici ölkələrdə uğurla işləyir və elmə töhfələr verirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video