23 Oktyabr 2021 23:42
677
DÜNYA
A- A+

Aİ sərhədlərdə miqrantlara qarşı tikanlı məftillər və divarların inşasını maliyyələşdirməyəcək

 

Avropa İttifaqı (Aİ) qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün sərhədlərdə tikanlı məftillər və divarların inşası üçün maliyyə vəsaiti ayırmayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinin yekunlarına dair Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə keçirdiyi mətbuat konfransında deyib.

Avrokomissiyanın prezidenti sammitdə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün “fiziki maneələr” kimi tədbirlərin görülməsinin müzakirə edildiyini bildirib: “Lakin Avropa Komissiyası və Avropa Parlamenti miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində tikanlı məftillər və divarların inşası üçün maliyyə vəsaitinin ayrılmaması məsələsində həmfikirdir”.

Aİ Şurasının prezidenti Ş.Mişel isə Avropa Komissiyasına miqrasiya ilə mübarizə tədbirlərinə dair yeni təkliflər təqdim etdiklərini bildirib.

Qeyd edək ki, Yunanıstan, Avstriya, Macarıstan, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Litva, Latviya, Slovakiya və Polşanın daxili işlər və ya miqrasiyadan məsul nazirləri birgə məktub imzalayaraq Avropa Komissiyasından Aİ sərhədlərini miqrantlara qarşı “fiziki maneələr”lə gücləndirməyi tələb etmişdilər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video