05 Mart 2021 19:47
781
DÜNYA
A- A+

Aİ  Britaniyanı hava çirkliliyinə görə cərimələmək niyyətindədir

 

Avropa Ədalət Məhkəməsi Brexitdən sonra Böyük Britaniyaya qarşı ilk qərarında qət etmişdir ki, Birləşmiş Krallıq havanın çirklənməsi barədə qanunları sistematik və israrla pozur. Bu barədə “The Telegraph” qəzeti xəbər verir.
İndi Britaniya ağır nəqliyyat vasitələrinin hərəkəti ilə əlaqəli azot dioksidin səviyyələrinə riayət etmədiyinə görə Avropa İttifaqının (Aİ) cəriməsi ilə üzləşə bilər. Bununla yanaşı, Birləşmiş Krallıq çirklənmə pozuntularını minimuma endirmək üçün tədbirlər görməmişdir. 16 vilayətdə, o cümlədən Böyük London və Böyük Mançesterdə səviyyələrin Aİ-nin 2008-ci ildə müəyyənləşdirilmiş hava keyfiyyəti göstəricilərini “sistematik şəkildə” aşdığı təsdiqlənmişdir.
Britaniya ötən il dekabr 31-də Avropa Ədalət Məhkəməsindən çıxsa da, onun barəsində Brexitdən əvvəl iştirak etdiyi işlər üzrə məhkəmə qərarları qəbul ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video