08 Aprel 2021 00:24
654
İQTİSADİYYAT
A- A+

Ağsuda yazlıq bitkilərin əkini davam edir

 

Ağsu rayonunda yazlıq bitkilərin əkini sürətlə davam etdirilir və artıq 575 hektar sahədə əkin aparılıb.

Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, indiyədək əkilən yazlıq bitkilərin sahəsi ötən ilin müvafiq dövründəkindən 248 hektar çoxdur. Əkinçiliklə məşğul olan fermerlər və fiziki şəxslər artıq 143,5 hektarda kartof, 146 hektarda yonca, 30 hektarda noxud, 303 hektarda tərəvəz, 135 hektarda bostan bitkiləri əkiblər. Əksər ərazilərdə, xüsusilə Padarqışlaq, Kəndoba, Ərəbuşağı, Gəgəli, Padar və bir sıra digər ərazi dairələrində yazlıq əkinlər daha mütəşəkkil aparılır. Əkinçilər bu mühüm kampaniyanın vaxtında və yüksək aqrotexniki tələblər səviyyəsində başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.

Qeyd edək ki, cari mövsümdə rayonda 2000 hektardan çox sahədə yazlıq bitkilərin əkiləcəyi gözlənilir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video