21:35 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağsuda indiyədək 2300 tondan çox meyvə yığılıb

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:12 08.08.2021

 

Ağsuda meyvə bağlarının sahəsi 3287 hektara çatdırılıb. Bunun da 2945 hektarı məhsuldardır.

Yaz aylarından bəri daha tez yetişən meyvələr yığılır. İndiyədək 746 ton alça, 252 ton alma, 202 ton armud, 252 ton gavalı, 206 ton gilas, 69 ton albalı, 43 ton ərik və digər meyvələr tədarük olunub. Yığılan məhsul ötən ilin müvafiq dövründəkindən 360 ton çoxdur. Rayonun xüsusilə aran və dağətəyi əraziləri olan Kəndoba, Ərəbuşağı, Qaraqoyunlu, habelə dağlıq ərazilər olan Kalva, Nuran, Xanbulaq və digər ərazi icra nümayəndəliklərində bağlardan bol məhsul yığılır.

Qarşıda nar, heyva və digər gec yetişən meyvələrin yığım dövrü gəlir. Cari ildə bu bağlardan da yüksək məhsul gözlənilir. Qeyd edək ki, builki mövsümdə Ağsuda bağlardan 12 min 600 tondan çox məhsul yığılacağı planlaşdırılır.

Məlumatı rayon Statistika İdarəsinə istinadən AZƏRTAC yayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM