27 Mart 2014 02:03
506
Səhiyyə
A- A+

Ağsu rayonunun 42 mindən çox sakini müayinə olunmuşdur

Prezident İlham Əliyevin ölkə əhalisinin hamılıqla pulsuz tibbi müayinədən keçirilməsi ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar Ağsu rayonunda da uğurla icra olunur. Belə ki, indiyədək rayon üzrə 75 min 85 nəfərdən 42 min 13 nəfəri müayinə olunmuş, 168 nəfər stasionar müalicəyə cəlb edilmiş, 67 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanalara göndərilmişdir.

Tibbi müayinələr mərkəzi rayon və Kalva kənd xəstəxanalarında, habelə 7 kənd həkim məntəqəsində aparılır. Qaraqoyunlu kənd həkim məntəqəsinin müdiri Faiq Umbayev AzərTAc-a bildirmişdir ki, ayrı-ayrı ixtisaslar üzrə təcrübəli həkimlərdən ibarət briqada mütəmadi olaraq məntəqədə və ya evlərdə sakinləri hərtərəfli yoxlamadan keçirir, ehtiyac olduqda müalicəyə cəlb edir. Qrafik üzrə Qaraqoyunlu və ətrafdakı 6 kəndin 3500 sakini burada tibbi müayinədən keçməlidir. Artıq onlardan 2500 nəfəri müayinə olunmuşdur.
Sakinlər aksiyanın təşkilindən olduqca razıdırlar. Qaraqoyunlu kənd həkim məntəqəsinə müayinə olunmağa gəlmiş Muradlı kənd sakini Sehrayə Hümbətova əhalinin sağlamlığının qorunmasına yönəlmiş kampaniyanın təşəbbüskarı Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək, bunu vətəndaşlara göstərilən diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video