01:48 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağsu rayonunda 1400 tondan çox kartof istehsal olunub

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:01 06.08.2021

 

Ağsu rayonunda kartof yığımı başa çatıb və sahələrdən 1431,8 ton məhsul götürülüb.

Rayon Statistika İdarəsinə istinadən AZƏRTAC xəbər verir ki, cari ilin məhsulu üçün 167,5 hektar sahədə kartof yetişdirilmişdi. Rayonun əsasən dağlıq və dağətəyi ərazilərində ailə fermer təsərrüfatları və fiziki şəxslər üçün kartofçuluq ənənəvi sahə hesab olunur. Xüsusilə dağətəyi ərazidə yerləşən Qaraqoyunlu, Padar, dağlıq zona olan Xanbulaq, Kalva və bir sıra digər ərazi icra nümayəndəliklərində kartofçuluğa maraq daha çoxdur. Sakinlər təsərrüfatın bu sahəsindən hər il xeyli gəlir götürürlər. Bu il bölgədə hər hektardan orta hesabla 85,5 sentner kartof istehsal olunub ki, bu da ötənilki göstəricidən 0,9 sentner çoxdur.

Qeyd edək ki, yığılan məhsulun bir qismi yerli bazarlara çıxarılır. Bunun nəticəsidir ki, hazırda Ağsu bazarında kartofun pərakəndə satış qiyməti aşağı düşüb.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM