03:25 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağstafanın sərhəd kəndlərində məktəblər yeni dərs ilinə hazırdır

ANA SƏHİFƏ / TƏHSIL
00:48 19.09.2021

 

Ağstafa rayonu Ermənistanla 16 kilometr həmsərhəddir. Ötən illər ərzində düşmənlə üz-üzə dayanmış Köhnəqışlaq, Yadullu və Tatlı kəndlərinin sakinləri öz ata-baba yurdlarını tərk etməmiş, düşmən güllələri altında gündəlik işləri ilə məşğul olmuşlar. Hər üç kəndin sakinləri Azərbaycan Ordusunun gücünə güvənərək gec-tez ədalətin zəfər çalacağına inanmışlar və

44 günlük Vətən savaşı göstərdi ki, onların bu inamı əbəs deyilmiş.

Köhnəqışlaq kəndində 190 ev var. 103 hektar pay torpağı ilə təmin edilən kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Onu da qeyd edək ki, kənd Qarabağ müharibəsi başlayandan 15 şəhid verib.

Kənddə 35 yerlik uşaq bağçası, ATS, klub, kitabxana, polis məntəqəsi fəaliyyət göstərir. Kəndin yolu da yenidən qurulub. Bundan əlavə, kənddə 5 artezian quyusu qazılıb. Kənd məktəbi isə Heydər Əliyev Fondunun təşəbbüsü və yardımı ilə 2017-ci ildə tikilib. Məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün bütün şərait var. Müasir laboratoriyalar, fənn kabinələri, idman zalı, bufet şagirdlərin ixtiyarındadır.

Rayon təhsil şöbəsinin yeni dərs ilinin başlaması ərəfəsində ən çox diqqət yetirdiyi sərhəd kəndlərindəki məktəblərdir. Bu günlər şöbənin, eləcə də rayon gənclər və idman idarəsinin rəhbərliyi sərhəd kəndlərində yerləşən tədris ocaqlarının yeni dərs ilinə hazırlığının vəziyyəti ilə tanış olmuşlar.

 

Sabir ƏLİYEV,

 “Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM