25 Aprel 2014 04:04
415
Səhiyyə
A- A+

Ağstafa rayonunda əhalinin pulsuz tibbi müayinəsi yekunlaşmaq üzrədir

Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Ağstafa rayonunda yekunlaşmaq üzrədir.

Bu məqsədlə rayonda yaradılmış komissiyanın sədri, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova AzərTAc-a bildirmişdir ki, tibbi müayinən keçməli olan 83 min 690 nəfər rayon sakinindən artıq 74 min 975 nəfəri müayinə olunmuşdur.
Müayinələr zamanı xəstəlik aşkarlanmış 17 min 76 nəfər ambulator, 236 nəfər isə stansionar müalicəyə cəlb edilmişdir. Sakinlərdən 104 nəfəri müalicəsini davam etdirmək üçün Bakı şəhərinə göndərilmişdir. Rayon üzrə tibbi müayinə keçirilən 39 yaşayış məntəqəsindən 38-də bu iş mütəşəkkil surətdə başa çatmışdır.
Sakinlər də öz növbəsində bu aksiyadan olduqca məmnundurlar və göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarıq edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video