22:38 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağır maliyyə problemlərini həll etmək üçün təhsil müəssisəsi satışa çıxarılmışdır
ANA SƏHİFƏ / TƏHSIL
01:07 05.07.2012

 

ABŞ-ın Filadelfiya ştatındakı məktəbin rəhbərliyi ağır maliyyə problemlərini həll etmək üçün təhsil müəssisəsini satışa çıxarmışdır. AzərTAc xəbər verir ki, məktəb indi "eBay" onlayn-hərracında 600 min dollara satılır.

Məktəbin direktoru Coanna Holland demişdir ki, çox ağır maliyyə çətinliklərimiz var və dövlət də bizə yardım etmir. Bu səbəbdən yalnız pullu sponsora bel bağlamışıq. İdeyamız absurd təsiri bağışlaya bilər. Fəqət, başqa yolumuz qalmamışdır.

Məktəbin hərracda ilkin satış qiymətindən baha satılacağı gözlənilir. Alıcı məktəb və binanın yerləşdiyi əraziyə yiyələnə bilməyəcəkdir. Əvəzində məktəb yeməkxanasında pulsuz yeyə biləcək, öz qəhvə fincanı olacaq və üstəlik, məzunların buraxılış gecəsində nitq söyləmək imkanı qazanacaqdır.

Ağır vəziyyətdə olan məktəbin ciddi təmirə ehtiyacı vardır. Məktəbin "eBay" hərracına çıxarılması ideyası oranın sabiq məzunu Keysi Yanqa məxsusdur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM