06:50 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Ağıllı ev”lər

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:32 19.06.2021

 

Ev insanın özünü güvəndə hiss etdiyi məkandır. Yorğun iş günlərinin, uzun səyahətlərin stresini üzərimizdən ata biləcəyimiz yerdir.

Zaman-zaman, habelə mövsümlərdən asılı olaraq evin rahatlığıyla bağlı bəzi istəklərimiz olur, kaş biz evə dönərkən yayda sərin, qışda isti olaydı, mənzilə daxil olarkən işıqlar avtomatik yanıb sönəydi... və s. Müasir texnologiyanın əldə etdiyi nailiyyətlər ilə bu arzular indi əlçatmaz deyil. “Ağıllı ev”lər məhz bunun üçün nəzərdə tutulub.

“Ağıllı ev” sistemləri yaşayış yerində və ya ofisdə təhlükəsizliyi təmin etmənin və enerjidən qənaətlə istifadənin ən səmərəli yoludur. Bu cür sistemlər elektrik enerjisinin sərfiyyatı, otaqlardakı istiliyin və hərəkət sensorlarının tənzimlənməsi, qapı və jalüzlərin idarə olunması, havanın təmizlənməsi və həyəcan siqnalının işə düşməsi kimi bir çox funksiyanı yerinə yetirir.

Rastlaşdığımız və yararlandığımız texnoloji nailiyyətlərin demək olar ki, hamısını insanlar ilk dəfə məhz fantastik kitab, jurnal və filmlərdə görüblər. Nə vaxtsa xəyal görünən cihazlar artıq günümüzün reallığıdır.

İlk dəfə “Ağıllı ev” ideyası ABŞ yazıçısı Rey Bredberinin 1950-ci ildə işıq üzü görmüş “The Veldt” adlı hekayəsində irəli sürülüb. Daha sonra,  1999-cu ildə “Disney” şirkəti tərəfindən ekranlaşdırılmış “Smart Home” (“Ağıllı ev”) filmində gündəmə gətirilib.

Bütün bunlar bir daha sübut edir ki, vaxtilə insanlara qeyri-mümkün, reallıqdan uzaq görünən, “texnoloji uydurmalarxülyalarbir gün reallığa çevrilib sürətlə həyatımıza daxil ola bilər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM