15:38 22 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağdaşda ümumi məhsul buraxılışının həcmi 13,6 faiz artıb

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 03.08.2021

 

Ağdaş rayonunda bu ilin birinci yarısında iqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışının həcmi 178,2 milyon manat olub ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz və ya 21,3 milyon manat çoxdur.

Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, yarım ildə kənd təsərrüfatı istehsalı sahəsində artım 7 faiz olub. Ən çox artım sənaye məhsulları istehsalındadır. Belə ki, 2021-ci ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 39 milyon 630,6 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu da əvvəlki ilin ilk altı ayı ilə müqayisədə 15 milyon 474,6 min manat çoxdur. Qeyd edək ki, sənaye məhsulları istehsalının 93,4 faizi emal sektorunun payına düşür.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM