26 Avqust 2021 01:30
689
Səhiyyə
A- A+

Ağdaşda 41 min nəfər COVID-19 infeksiyasına qarşı vaksinasiya olunub

 

Son vaxtlar ölkə ərazisində COVID-19 infeksiyasına yoluxma halları yenidən artmaqdadır. Bununla əlaqədar olaraq Ağdaş rayonunda da vətəndaşların vaksinasiyaya cəlb olunmaları ilə bağlı tədbirlər gücləndirilib.

Rayon icra hakimiyyətində yaradılan operativ qərargahdan AZƏRTAC-a bildirilib ki, əhalinin təhlükəli virusa qarşı peyvənd olunmaları koronavirus pandemiyasının qarşısının alınmasında zəruri şərtdir. Buna görə də hazırda rayonda vətəndaşların peyvənd olunmaları istiqamətində geniş maarifləndirmə işi aparılır. 2021-ci ilin yanvar ayından indiyədək rayon üzrə 41 min 315 nəfər vaksinasiya olunub. Onlardan 27 min 161 nəfərə ikinci doza vaksin vurulub.

Əhalinin peyvənd olunması rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin binasında ayrılan xüsusi otaqlarda həyata keçirilir. Xəstəxanaya gələ bilməyən yaşlı və əlil sakinlərin vaksinasiyası isə səyyar briqadalar tərəfindən qəsəbə və kəndlərdəki tibb məntəqələrində aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video