25 Mart 2014 06:03
415
Səhiyyə
A- A+

Ağdaşda 15 minə yaxın sakin həkim müayinəsindən keçmişdir

 Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Ağdaş rayonunda da uğurla davam etdirilir.

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında sakinlərin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Əhalinin sağlamlığının qorunması məqsədilə bu mühüm aksiyanın uğurla təşkili üçün rayon icra hakimiyyəti başçısının sərəncamı ilə xüsusi komissiya yaradılmış, tibb ocaqlarında müvafiq iş qrafiki tərtib olunmuşdur.
Xəstəxananın baş həkimi Nuru Nuriyev AzərTAc-a bildirmişdir ki, əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı ölkə Prezidentinin verdiyi göstəriş xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının təzahürüdür. Bu diqqət və qayğının sakinlər tərəfindən fərəhlə qarşılandığını qeyd edən baş həkim demişdir ki, fevralın 17-dən martın 25-dək Ağdaşda keçirilən səhiyyə aksiyası zamanı 15 minə yaxın rayon sakin tibbi müayinədən keçirilmişdir. Vətəndaşlardan 34 nəfəri stasionar, 720 nəfəri ambulator müalicəyə cəlb edilmiş, 11 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir. Bəzi sakinlərə 6 aydan sonra təkrar tibbi müayinə üçün xəstəxanaya gəlməsi tövsiyə edilmişdir.
Müayinə edilən rayon sakini Akif Hacızadə müayinələrin təşkilinə, xəstəxanada yaradılan şəraitə görə çox sevindiyini bildirmişdir. “Mən tibbi yoxlamadan keçdim və qısa vaxt ərzində müayinənin cavabını da aldım. Səhhətimlə bağlı suallarıma həkimlər ətraflı cavab verdilər. Əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdaram”.
Tibbi müayinə olunan rayon sakini Lətif Mustafayev demişdir. “Bu müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Mən yüksək səviyyədə təşkil olunan tibbi müayinə aksiyasından çox razı qaldım. Həkim və tibb işçilərinin rəftarı, bilik və bacarıqları məndə xoş təəssürat yaratdı. İnsanların sağlamlığına xidmət edən bu tədbirə görə dövlət başçısına təşəkkürümü bildirirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video