20:33 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağdamlılar 28 ildən sonra doğma şəhərlərini ziyarət ediblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
23:33 05.09.2021

 

Sentyabrın 5-də Ağdam sakinlərinin bir qrupu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ağdamlıları doğma şəhərlərində salamlayıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazandı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. İllərdir doğma yurd həsrəti ilə yaşayan həmvətənlərimizin ən böyük arzusu yerinə yetdi.

"2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq Ermənistan Ağdam şəhərini və digər əraziləri Azərbaycana qaytarmağa məcbur oldu. Noyabrın 23-də Ağdam şəhərinə səfər edən Prezident İlham Əliyev burada zəfər bayrağını qaldırdı. Həmin tarixdən etibarən genişmiqyaslı əlaqələndirilmiş şəkildə işlər həyata keçirilir. 2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfər edərək, şəhərin Baş planının təqdim olunmasında və bir sıra obyektlərin təməlqoyma mərasimində iştirak edib. Artıq düşmənin talayaraq məhv etdiyi ərazilərimizin, o cümlədən Ağdamın yeni - quruculuq, inkişaf dövrü başlayıb" - deyə, Emin Hüseynov bildirib.

Səfər iştirakçıları əvvəlcə Ağdam şəhərinin Baş planı ilə tanış olublar. Onlara Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib. Ağdam sakinləri daha sonra cümə məscidini, İmarət kompleksini, çörək muzeyinin və dram teatrının qalıqlarını ziyarət ediblər. Şəhərin gəzintisi zamanı Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov ağdamlılara həyata keçiriləcək yenidənqurma işləri, o cümlədən yaradılacaq Zəfər muzeyi, açıq hava altında İşğal muzeyi və memorial bağ barədə məlumat verib.

Ağdam sakinləri səfər çərçivəsində Qiyaslı kənd məscidində və Şahbulaq qalasında da olublar



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM