14:41 22 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağdam sakinlərinin daha bir qrupu uzun illərdən sonra doğma şəhərlərinə yenidən ayaq basıb
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:27 14.09.2021

 

Sentyabrın 14-də Ağdam sakinlərinin daha bir qrupunun işğaldan azad olunmuş Ağdam şəhərinə “Yolumuz Ağdama” adlı növbəti səfəri təşkil edilib. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil olunan səfər zamanı ağdamlılar doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları ağdamlıları doğma şəhərlərində salamlayıblar. Səfər iştirakçılarına Ağdam şəhərinin hazırki vəziyyəti və burada həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib.

Ağdam sakinləri sonra Cümə məscidini, İmarət kompleksini, Çörək muzeyinin və Dram Teatrının qalıqlarını ziyarət ediblər. Ağdamlılar səfər çərçivəsində Qiyaslı kənd məscidində və Şahbulaq qalasında da olublar.

Qeyd edək ki, bu, Ağdam sakinlərinin doğma şəhərlərinə üçüncü səfəridir. Bundan əvvəl sentyabrın 5 və 12-də də “Yolumuz Ağdama” adlı səfərlər təşkil edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM