18:51 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağcabədidə seçki məntəqələri səsvermə üçün tam hazırdır
ANA SƏHİFƏ / MSK
12:11 27.11.2011

 

Noyabrın 30-na təyin edilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi üçün Ağcabədidə də hər cür hazırlıq görülmüşdür.

82 saylı Ağcabədi və 83 saylı Ağcabədi-Füzuli seçki dairələri dairə seçki komissiyalarından AzərTAc-a bildirmişlər ki, Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi əsas hərəkət və tədbirlərin təqvim-planına uyğun olaraq seçki məntəqələri lazımi əyani vəsaitlər, müvafiq qərar və çıxarışlar, metodiki tövsiyələr, seçki kabinələri və qutuları, plakatlar ilə təmin edilmiş, seçkiqabağı təşviqatın aparılması üçün namizədlərə müvafiq şərait yaradılmışdır. MSK tərəfindən dairə seçki komissiyalarına səsvermə bülletenləri və protokollar təqdim edilmişdir. Seçici siyahıları dəqiqləşdirilmiş, məntəqə komissiyası üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması üçün treninqlər keçirilmişdir.

82 saylı Ağcabədi seçki dairəsi üzrə Ağcabədi və Ağabəyli bələdiyyələrinə iki bələdiyyə üzvü yerinə seçkilər keçiriləcəkdir. Doqquz namizədin qeydə alındığı bu dairədə səsvermə 16 seçki məntəqəsində təşkil olunacaqdır. Seçicilərin ümumi sayı 15 min 556 nəfərdir. Seçkiləri izləmək üçün 155 müşahidəçi qeydiyyatdan keçmişdir.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsi üzrə Hindarx, Kürdlər və Şərəfxanlı bələdiyyələrinə üç bələdiyyə üzvü yerinə 16 namizəd mübarizə aparacaqdır. Səkkiz məntəqədə 5 min 762 seçici səs verəcəkdir. Səsvermə prosesini izləmək üçün indiyədək 85 müşahidəçi qeydiyyatdan keçmişdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM