19 Aprel 2014 06:04
456
Səhiyyə
A- A+

Ağcabədi rayonunun 64 mindən çox sakini müayinə olunmuşdur

Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Novruz Abbasov AzərTAc-a bildirmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin mütəşəkkilliklə keçirilməsi üçün müvafiq komissiya yaradılmış, səhiyyə müəssisələrində iş qrafiki tərtib edilmişdir.
Tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası ötən il istifadəyə verilmiş və ən müasir avadanlıqla təchiz edilmişdir. Bundan əlavə, 8 həkim briqadası tərəfindən kənd sahə xəstəxanalarında və həkim məntəqələrində də əhalinin tibbi müayinəsi həyata keçirilir. Qrafikə əsasən, indiyədək 64 mindən çox sakin müayinə olunmuşdur. Müayinələri əsasən terapevt, cərrah, oftalmoloq, ginekoloq, kardioloq, nevropatoloq, stomatoloq və digər mütəxəssislər aparırlar. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər.
Müayinə olunmuş sakinlərdən 1733-ü ambulator, 409-u stasionar müalicəyə cəlb edilmiş, 226 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Tərtib edilmiş qrafikə əsasən, növbəti səyyar müayinələr rayonun Muğanlı kəndində aparılmışdır.
Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanmışdır. Müayinədən keçən kənd sakini Xosrov Quliyev həkimlərdən, yaradılan şəraitdən razılıq etmiş, dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video