11:23 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Ağ qızıl”

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:56 08.08.2021

 

Varlıların sərvəti olan duzdan pullar da hazırlanıb

 

Müxtəlif dövrlərdə “ağ qızıl” adlandırılan duz insana hələ qədim zamanlardan məlum idi. Bəşəriyyətin duzla tanışlığı e.ə. 10000 il əvvələ təsadüf edir. Eramızdan əvvəl 3000-ci ildə Çində duzun istehsal edildiyi düşünülür. Duz haqqında məlum olan ilk yazılı sənədlər eramızdan 2250 il əvvəlki tarixə aid edilir.

Duzun tarixinə baxdıqda aşkarlanır ki, bu gün insanlar  üçün çox əlçatımlı və ucuz olan duz əvvəl hər kəsin əldə edə bilmədiyi və bahalı bir mineral imiş. Duz qədim dövrlərdə çox yüksək qiymətləndirilirmiş. Afrikanın bəzi rayonlarında adi xörək duzu o qədər yüksək qiymətləndirilirmiş ki, onun bir kiloqramına görə bir kiloqram qızıl ödənilirmiş.

Efiopiyada isə “duzlu pullar” dövriyyəyə buraxılıb. Onlar uzunluğu 65 sm və eni 5 sm olan kiçik tirlər idi. Pulların çəkisi 640 qrama yaxın olub. Bəzən bu özünəməxsus sikkələr dörd hissəyə bölünürdü. XII əsrin məşhur italyan səyyahı Marko Polo Çində duzdan necə pul hazırlandığı barədə belə yazırdı: “Bunun üçün kiçik qazanlarda duzlu su qaynadılırdı. Bir saatdan sonra duz xəmir şəkli alır və ondan dairəvi piroq formasında şeylər hazırlayırdılar... Bundan sonra “piroq”ların üzərinə imperatorun damğasını qoyurdular ki, onlar əsl metal sikkələrə oxşasın, sonra onlar qaynar keramitin üzərində “qızardırılırdı”.

Torpaqlarında duz sahəsi və ya duz bulaqları olanların böyük sərvəti var idi.

Romada ordu üzvlərinin və işçilərin gördükləri işin dəyəri duzla ödənilirdi.

Tarixdə epidemiya xəstəliklərinin yayılmasının qarşısı duzun qorunması ilə alınıb. Dövlətlər, imperatorluqlar xalqa lazım bildikləri zaman duz paylayıblar. Duz çatışmazlığı dövründə bu ehtiyaclar ödənilə bilmədiyindən aclıq və epidemiyalar yaranıb. 

Orta əsrlərdə bəzi ölkələrdə duz ilə vergi ödəyiblər. Duz vergisi dövlət üçün ən vacib gəlir mənbəyi idi. Osmanlı imperiyasında duz çıxarılan fabriklərə dövlət xəzinəsi statusu verilirdi. Dövlətə məxsus duz mədənlərində istehsalın qorunması üçün müəyyən qadağalar qoyulurdu. Hazırlanan qanunlarla duz ticarəti, nəqli və hətta istehlakı dövlətin nəzarətində saxlanılır və duz ixracı dövlətin əhəmiyyətli gəlir mənbələrindən biri hesab edilirdi. Rusiyada hələ qədimdə çoxlu duz çıxarılsa da, çox vaxt sadə xalq üçün əlçatmaz olurdu...

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM