02:31 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağ qarın qara üzü
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
03:03 11.03.2012

 

Bu il Bakıya görünməmiş qış gəldi. Qar, çovğun sərt üzünü göstərdi. Fevralda yağan qar Suraxanı rayonunu da sınağa çəkdi. Yollar buz bağladı, avtomobillərin hərəkəti çətinləşdi, elektrik enerjisinin verilməsində fasilələr yarandı.

Sərt qışın əlavə problemlər yaratması başadüşüləndir. Lakin Suraxanının əsas qəsəbə və kəndarası yollarında hərəkətin az qala tamamilə dayanmasını heç cür başa düşmək olmur. Rayondakı minik avtomobillərinin sayı 32 mindən artıqdır. Lakin ilk olaraq Hövsan-Suraxanı, Suraxanı-Q.Qarayev metro stansiyaları istiqamətində işləyən marşrut avtobuslar qeybə çıxdılar. İşə, məktəbə tələsənlər  taksilərin ümidinə qaldılar. Saatlarla yollarda gözləyənlər, vaxtını, pulunu qədərindən artıq sərf edənlər oldu.  

Mən də səhərlər evdən çıxıb işə getmək üçün əbəs yerə bir neçə gün saatlarla avtobus gözlədim. Soyuq qılınc kimi kəsir, çovğun qar dənələrini boş yollara çırpırdı. Ara-sıra görünən taksilər isə qiyməti iki-üç dəfə qaldırırdılar. Avtobusların gəlməyəcəyini görüb iki-iki, üç-üç taksiyə minib işə gedirdik. Yol yoldaşım Amil  Tahirov Hövsan-Suraxanı qəsəbəsi istiqamətində tək-tək görünən 161 nömrəli avtobusun gediş haqqının həmin günlər 20 qəpikdən 50 qəpiyə qaldırdığını dedi. Əslində mindiyimiz taksi də 4 manat əvəzinə bizdən 15 manat tələb etmişdi. Fevralın ilk şaxtalı günlərini bu minvalla yaşadıq. Sürüşüb yıxılan, qolu, qılçası zədələnənlər də oldu. Buz bağlayan yollara vaxtında qum və duz səpilmədiyindən təcili yardım maşınları da çovğunun qarşısında aciz qaldılar.

Elektrik enerjisinin saatlarla verilməməsi, tez-tez işıqların yanıb-sönməsi xeyli məişət avadanlıqlarının zədələnməsinə, qızdırıcıların, bəzi yerlərdə isə su kəmərlərinin donub sıradan çıxmasına səbəb oldu. Problemlərin vaxtında həll olunmaması, aidiyyəti təşkilatların çovğun qarşısında aciz qalması Suraxanı rayon sakinlərinin büdcəsinə də xeyli ziyan vurdu. Görəsən, builki  qışdan rayonun müvafiq qurumları nəticə çıxaracaqlarmı? Bu, tək məni yox,  rayonda yaşayan 200 mindən çox əhalini narahat edən sualdır.

 

Elnur HADIYEV,

Suraxanı rayon sakini



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM