26 Noyabr 2011 01:11
457
Mədəniyyət
A- A+

ADPU-da xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illik yubileyi qeyd edilmişdir

 

Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, ADPU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yusif Məmmədov Prezident İlham Əliyevin xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı 2011-ci il 19 iyul tarixli sərəncamını xatırlatmışdır.

Böyük yazıçının həyat və yaradıcılığından danışan Y.Məmmədov qeyd etmişdir ki, hələ uşaqlıqdan onun həyatı ağrı-acılarla dolu olmuşdur. 1911-ci ildə Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində dünyaya göz açan M.İbrahimov 3 yaşı olmamış anasını itirmişdir. Sonra atası Əjdər iki körpə uşağı ilə Bakıya pənah gətirmişdir. Bir neçə il sonra atası da iş zamanı həyatını itirmiş və balaca Mirzə 7 yaşında yetim qalmışdır.

Y.Məmmədov qeyd etmişdir ki, müasir Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətlər göstərən M.İbrahimov XX əsr Azərbaycan tarixində yazıçı, alim, tənqidçi, publisist, tərcüməçi, ictimai və dövlət xadimi kimi tanınan görkəmli şəxsiyyətdir. O, gənc ədəbiyyatşünasların hazırlanmasına, yetişməsinə böyük əmək sərf etmişdir.

ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov və filologiya elmləri doktoru, professor Elman Quliyev "Mirzə İbrahimovun dilçilik görüşləri", "Mirzə İbrahimov: görkəmli yazıçı və ədəbiyyatşünas alim" mövzularında geniş məruzə ilə çıxış etmişlər.

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca bənzərsiz elmi, bədii və publisistik əsərlər yaradan ədəbiyyatşünas alim M.İbrahimovun Azərbaycan dilinin inkişafı, şəffaflığı uğrunda daim mübarizə apardığını vurğulamışdır. Onun roman və povestləri müxtəlif dillərə tərcümə olunaraq keçmiş Sovet İttifaqının hüdudlarından kənarda da tanınmış, əsərləri əsasında bədii və sənədli filmlər çəkilmişdir.

Digər çıxış edənlər M.İbrahimovun çoxşaxəli fəaliyyətindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər.

Sonda yazıçının qızı, "Literaturnı Azerbaydjan" jurnalının baş redaktoru Solmaz İbrahimova atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video