19 Dekabr 2012 03:12
445
Təhsil
A- A+

ADİU-nun 5 tələbəsi Beynəlxalq Nobel Qardaşlıq Fondunun təqaüdünü aldı

 

Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq Nobel Qardaşlıq Fondunun (Nobel International Fraternity) 2012-ci il üzrə təqaüdünün builki qaliblərə təqdim olunması mərasimi keçirilib.

Mərasimdə çıxış edən universitetin rektoru, Milli Məclisin Elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev Beynəlxalq Nobel Qardaşlıq Fondunun təsisçisi Filip Nobelin Azərbaycanın böyük dostu olduğunu qeyd edib. Bu təqaüdün Cənubi Qafqazda artıq ikinci ildir ki, yeganə olaraq ADİU tələbələrinə təqdim olunması faktının universitet üçün çox mühüm göstərici olduğunu vurğulayan Şəmsəddin Hacıyev bunun tələbələr üçün ciddi motivasiya yaratdığını bildirib.

Daha sonra çıxış edən Beynəlxalq Nobel Mükafatları Mərkəzinin İdarə Heyətinin sədr müavini, tanınmış iqtisadçı, məşhur Nobellər ailəsinin nümayəndəsi və ADİU-nun fəxri doktoru Filip Nobel yenidən Bakıda və ADİU-da olmaqdan son dərəcə məmnunluğunu və bu il də təqaüd üçün ən layiqli tələbələrin seçildiyini qeyd edib.

Təqaüd verilən tələbələrin seçimi zamanı onların tədris göstəriciləri, universitetin və respublikanın təhsil və ictimai həyatında aktivliyi, tələbə elmi konfranslarında fəallığı, eləcə də bir neçə xarici dil bilmək, digər müvafiq təqaüdlərin qalibi olmaq, xüsusi istedada (idman, musiqi və s.) malik olmaq və digər göstəricilər əsas götürülüb. 2012-ci il ərzindəki nailiyyətləri nəzərə alınaraq bu il ADİU-nun beş tələbəsi - Mobil Məmmədov (Xüsusi İstedadlar Qrupu, Beynəlxalq İqtisadi Münasibətlər ixtisası,

III kurs), Vədat Rzalı (Xüsusi İstedadlar Qrupu, Maliyyə ixtisası, III kurs), Cavidan Qasımlı (Beynəlxalq iqtisadi münasibətlər fakültəsi, II kurs), Fatimə Hüseynova (Ümumiqtisadiyyat fakültəsi, IV kurs) və Ceyhun Xalıqlı (Uçot-iqtisad fakültəsi, IV kurs) sözügedən təqaüdə layiq görülüblər.

Sonra Beynəlxalq Nobel Qardaşlıq Fondunun təqaüdünü təsdiq edən sertifikat və pul mükafatı qalib tələbələrə təqdim olunub. İqtisadiyyat üzrə Nobel mükafatı laureatları və ADİU-nun fəxri doktorları Finn Kidland, Erik Maskin və Kristofer Pissarides tərəfindən qalib tələbələrə ünvanlanmış təbrik məktubları oxunub.

Rektor Şəmsəddin Hacıyev bütün qalibləri bir daha təbrik edib, onlara təhsil və elmi fəaliyyətlərində daha böyük uğurlar arzulayıb, Beynəlxalq Nobel Qardaşlıq Fonduna əməkdaşlığa görə təşəkkürünü bildirib.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video