28 Aprel 2021 21:51
677
SİYASƏT
A- A+

Adil Əliyev: İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri davam edir

 

2020-ci il sentyabrın 27-də Ermənistan növbəti dəfə vətəndaşlarımızı ağır artilleriya zərbələrinə məruz qoydu. Düşmənin həyata keçirdiyi bu təcavüzə həmişəlik son qoymaq məqsədi ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz cəbhəboyu əks-hücum əməliyyatlarına başladı. Bundan sonra şanlı tariximizin Zəfər salnaməsi yazılaraq, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi. Ermənistan müharibədə məğlubiyyətə uğrayaraq, 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edildi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

Milli Məclis sədrinin müavini qeyd edib ki, təxminən 27 il bundan əvvəl qəbul edilsə də, kağız üzərində qalan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan özü icra etməli oldu. “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas cəhəti dərhal icra mexanizminin həyata keçirilməsi ilə bağlıdır. BMT qətnamələrinin bəzi hallarda icrası cəmi bir neçə saat çəkir. Burada ortaya maraq doğuran bir sual çıxır ki, hansı səbəbdən qətnamə bu vaxta qədər icra edilmirdi? Hansı ki, bu qətnamələrin dərhal və qeyd-şərtsiz icrası vacibdir. Lakin hökm sürən ikili standartlara görə ötən dövrdə bu qətnamələrin icrasına heç bir məcburiyyət tətbiq edilmədi”, - deyə deputat vurğulayıb.

Adil Əliyev qeyd edib ki, 1992-ci ildə Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla, 613 nəfər günahsız dinc sakin qətlə yetirilib. Xocalı soyqırımı indiyədək 13 ölkə tərəfindən tanınıb. Ermənilər işğal dövründə şəhər və kəndlərimizi dağıdıb, tarixdə misli görünməmiş vandallıq aktları törədiblər. Bu gün işğaldan azad edilmiş ərazilərə baxdıqda buradan bir barbar qoşunu keçməsinin şahidi oluruq. Təsadüfi deyil ki, törədilmiş bu vandallıq aktlarının nəticəsində mütəxəssislər Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırırlar. Ermənilər vandalizm aktı törədərək tarixi, mədəni və dini abidələri təhqir və qarət ediblər və 60-dan çox məscidi dağıdıblar. Azərbaycan tarixi ədaləti bərpa edərək 30 ilə yaxın işğal altında olan torpaqlarını düşmən tapdağından azad etdi. Tarixi ədalətin bərpası ilə yanaşı, bu gün işğaldan azad edilmiş ərazilərimizin də yenidən qurulması prioritet istiqamətdir.

“İşğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi, həmin ərazilərə “Böyük Qayıdış”ın təmin olunması dövlətimizin əsas prioritetlərindəndir. Dövlətimizin başçısının işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı yenidənqurma prosesi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının icrasına başlandı. Əminik ki, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında yenidənqurma işləri çox sürətlə davam edəcək, işğaldan azad edilmiş ərazilərimiz firavan günlərə qovuşacaqdır”, - deyə Adil Əliyev əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video