Adi çay xərçəng əleyhinə yeni terapiya üçün dayaq sayıla bilər
Xərçəng əleyhinə yeni terapiyanın əsasını qızılın nanoaktiv hissəcikləri və çay cövhəri təşkil edir. Onu artıq prostat vəzi xərçəngi hüceyrələrinin yerləşdirildiyi siçanlar üzərində sınaqdan keçirmişlər. Yeni terapiya vasitəsilə törəmənin tamamilə aradan qaldırılması və ya ölçüsünün xeyli kiçilməsi üçün cəmi bir ay vaxt lazım gəlir. Məlum olmuşdur ki, çayın tərkibinə daxil olan qallat epiqallokateksin (EGCg) xərçəng hüceyrələrinə yapışır. Bu, xərçəng hüceyrələrinin səthindəki xüsusi böyümələr hesabına mümkün olur. Onun nanohissəciklərlə birləşdirilməsi zamanı çatdırılma sistemi alınır. Nanohissəciklər ionlaşdırıcı şüadan istifadə edərək xərçəngi öldürür. Birləşmə hissəcikləri təkcə şişə çatdırmır, həm də onu orada saxlayır. Qeyd edək ki, bu zaman qızılın fraqmenti nə qədər çox olarsa, bir o qədər daha çox hüceyrə öləcəkdir. Tədqiqatçılar hesablamışlar ki, əgər qızılın radioaktiv izotopunun hissəcikləri bir neçə nanometr diametrə malik olacaqsa, onda o, hətta ən təcavüzkar yeni törəmələri məhv etməyin öhdəsindən gələcəkdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!